Xəbərlər
Abel Məhərrəmov Rumıniyada səfərdə olub
30/04/2011BDU-nun rektoru, akademik Abel Məhərrəmovun rəhbərlik etdiyi nümayəndə heyəti 16-19 mart 2011-ci il tarixində Rumıniyanın Konstanta şəhərinin Ovidius Universitetində Qara Dəniz Hövzəsi Ölkələri Universitetləri Assosiasiyası tərəfindən təşkil olunmuş “Davamlı inkişaf üçün təhsil və idarəetmə” mövzusunda beynəlxalq konfransda iştirak edib.
Amerikalı politoloq Bakı Dövlət Universitetində mühazirələr oxuyacaq
15/04/2011
Amerikanın tanınmış politoloqu, Volker Beynəlxalq və Regional Araşdırmalar İnstitutunun direktoru, professor Qordon Smit 24-28 aprel tarixlərində Bakı Dövlət Universitetinə gələcək. Səfərdə məqsəd beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin tələbə və magistrantlarına müxtəlif səpkili mühazirələr oxumaqdır.q, Beynəlxalq və Regional Araşdırmalar İnstitutunun direktoru, professor Qordon Smit 24-28 aprel tarixlərində BDU-ya gələcək.
“Çaşıoğlu-Multimedia” tələbələri işə dəvət edir
09/04/2011
Bu gün "Çaşıoğlu-Multimedia" şirkətinin baş direktoru Rəhilə Soltanqızının və əməkdaşlarının BDU tələbələri ilə görüşü olub. Görüşun əsas məqsədi tələbərə iş təklifi ilə bağıl olub.
Rektor imtahan prosesini izlədi
09/04/2011Bu gün rektor, akademik Abel Məhərrəmov Hüquq fakültəsinin qiyabi şöbəsində təhsil alan tələbələrin imtahan prosesini izləyib. Müasir hüququn əsasları, Xarici dil və Fəlsəfə fənlərindən imtahan verən I kurs tələbələri ilə söhbət edən rektor, sualların keçirilmiş mühazirə mətnlərinə uyğun olub-olmaması ilə maraqlanıb.
Universitetdaxili «50+50» qrant proqramının yeni mərhələsi elan edilib
08/04/2011
BDU-nun rektoru, akademik Abel Məhərrəmovun 9 iyun 2009-cu il tarixli əmrinə əsasən universitetin professor-müəllim heyətinin, əməkdaşların, doktorant, magistrant və tələbələrin elm və təhsildə, universitetin ictimai həyatında əldə etdikləri nailiyyətləri daha da inkişaf etdirmək məqsədilə universitetdaxili «50+50» qrant proqramının 1 oktyabr 2011-30 iyun 2012-ci il tarixlərini əhatə edən yeni mərhələsi elan edilib.
BDU-da Elmi şuranın növbəti iclası keçirilib
05/04/2011Bu gün Bakı Dövlət Universiteti Elmi Şurasının növbəti iclası keçirilib. AMEA-nın Rəyasət Heyəti üzvləri, BDU-nun elmi Şurasının üzvləri, tanınmış alimlər və KİV nümayəndələrinin iştirak etdiyi iclası giriş sözü ilə universitetin rektoru, akademik Abel Məhərrəmov açıb. Azərbaycan elminin, təhsilinin dinamik inkişafının, elmi kadrların hazırlanmasının, elmi potensialının gücləndirilməsinin, elmi-texniki nailiyyətlərin əldə olunmasının vacib edən məsələlərdən danışıb.
Akademik Abel Məhərrəmov təltif edilib
05/04/2011
BDU-nun rektoru, akademik Abel Məhərrəmov Birləşmiş Millətlərin İctimai Təltiflər üzrə Şurasının Beynəlxalq Mükafat Birliyinin «Şərəf və Vicdan» Avropa Ordeninə layiq görülüb. Adıçəkilən qurumun prezidenti M.A.Pekelisin imzası ilə göndərilmiş müvafiq sənəddən məlum olur ki, rektor «Elm və təhsil sahəsində böyük xidmətlərinə görə» bu yüksək adla mükafatlandırılıb.
Boş olan dekan vəzifələrini tutmaq üçün müsabiqə elan edilib
31/03/2011
Nazirlər Kabinetinin «Dövlət büdcəsindən maliyyələşdirilən ali təhsil müəssisələrində çalışan işçilərin yeni vəzifə maaşlarının və vəzifə maaşlarına əlavələrin təsdiq ediməsi haqqında» 12 sentyabr 2008-ci il tarixli, 210 nömrəli Qərarının qəbul olunması ilə bağlı ali təhsil müəssisələrində fakültə dekanı, kafedra müdiri və dekan müavini vəzifələrinin tutulması qaydasında müvafiq dəyişikliklər edilməsi nəzərdə tutulmuşdur.
31 MART SOYQIRIMI QURBANLARI ANILDI
31/03/2011Bu gün Bakı Dövlət Universitetində 31 mart soyqırımı ilə əlaqədar tədbir keçirilib. Soyqırımı aktını xalqımıza qarşı ermənilərin törətdiyi ən qanlı cinayət kimi səciyyələndirən rektor, akademik Abel Məhərrəmov Azərbaycan torpaqları hesabına dövlət quran ermənilərin tarixin bütün mərhələlərində xalqımıza qarşı insanlığa yaraşmayan qanlı əməlləri ilə yadda qaldığını deyib.
Tehranda fars dili və ədəbiyyatının tədrisinə həsr olunmuş beynəlxalq konfrans
15/01/20112011-ci ilin yanvar ayında İran filologiyası kafedrasının bir sıra əməkdaşları Tehranda fars dili və ədəbiyyatının tədrisinə həsr olunmuş beynəlxalq konfransda iştirak etmişlər.
| ƏtraflıParlament seçkilərində əməkdaşlarımızın uğuru
07/11/2010Türk filologiyası kafedrasının professoru Jalə Əliyeva 2010-cu ilin 7 noyabrında keçirilmiş seçkilərdə millət vəkili seçilmişdir
| ƏtraflıYubileylər
25/09/20102010-cu ildə Türk filologiyası kafedrasının müdiri prof.Rüfət Rüstəmovun 65, İran filologiyası kafedrasının professoru Şulan Şirəliyevin 75, Ərəb filologiyası kafedrasının əməkdaşları dos.Nərmin Sultanlının 70, b/m Valeh Tağıyevin 70, təlim-tərbiyə üzrə dekan müavini b/m. Hüseyn Sadıqovun 70 yaşları tamam olmuşdur. Rektorluq yubilyarları pulla mükafatlandırmış və onlara təşəkkür elan etmişdir.
Təbrik edirik!
| ƏtraflıŞərqşünaslıq fakültəsində elmi konfrans
25/05/20102010-cu ilin may ayında Şərqşünaslıq fakültəsinin magistr pilləsi üzrə «Şərq filologiyası məsələri» mövzusunda elmi konfrans keçirilmişdir. 31 magistrantın ərəb, fars, türk, ibri, yapon dilləri və ədəbiyyatı ilə bağlı tezisləri konfransın materiallarında dərc edilmişdir.
| ƏtraflıSəmərqənddə keçirilmiş «Nizami və Nəvai» adlı beynəlxalq konfrans
13/05/20102010-cu ildə İran filologiyası kafedrasının müdiri professor Mehdi Kazımov Səmərqənddə keçirilmiş «Nizami və Nəvai» adlı beynəlxalq konfransda iştirak etmişdir.
| Ətraflı1 | 2
