Şərqşünaslıq fakültəsinin tələbələri diskusiya təşkil ediblər
28/04/2023
Şərqşünaslıq fakültəsinin tələbələri "Şərq ölkələrində ortaq və fərqli adət-ənənələr" mövzusunda diskusiya təşkil ediblər.
27 aprel 2023-cü il tarixində Şərqşünaslıq fakültəsinin müxtəlif ixtisaslardan olan tələbələri "Şərq ölkələrində ortaq və fərqli adət-ənənələr" mövzusu üzrə fakültə könüllülərinin təşkilatçılığı diskusiya təşkil ediblər. Diskusiyya şərq ornament və dizaynını özündə birləşdirən Şərq bazarı ərazisində keçirilib. Tələbələr müxtəlif ölkələrdə olan ənənələr barədə danışıb, adətləri əsaslandırıblar. Mədəniyyət və mətbəxlə bağlı sualları əhatə edən müsabiqə keçirilib. Orta və uzaq şərq ədəbiyyatından olan əfsanə və miflər haqda danışılıb. Müştərək mədəni nümunələr, ortaq ənənələr tapılaraq əlaqələndirilib. Diskusiya bitdikdən sonra, xatirə şəkili çəkilib.





