Homeaz | en | ru

Türk filologiyası kafedrasının müəllimləri dəyirmi masada iştirak ediblər

13/04/2023

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasının dosenti Nurlana Mustafayeva və kafedranın müəllimi Həyat Məmmədova Bakı Xoreqrafiya Akademiyasında keçirilən görkəmli publisist, naşir, pedaqoq, ictimai-siyasi xadim Ömər Faiq Nemanzadənin 150 illik yubileyinə həsr olunmuş dəyirmi masada iştirak etmişlər. Tədbirdə BXA-nın İdarə heyəti, müəllimləri, Milli Azərbaycan Tarix Muzeyinin, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, Azərbaycan Dillər Universitetinin , Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyinin, Mirzə Fətəli Axundaov adına Azərbaycan Milli kitabxanasının əməkdaşları, tənqidçilər, xalçaçı rəssamlar, eləcə də Faiq Nemanzadənin qardaşı nəvəsi Çingiz Nemanzadə iştirak etmişlər. Tədbirdə dəyirmi masa ətrafında “Ömər Faiq Nemanzadə irsi Milli Azərbaycan Tarix muzeyinin kolleksiyasında”, “Ömər Faiq Nemazadənin publisistikasında milli məsələlər”, “Ömər Faiq Nemanzadə və Molla Nəsrəddin jurnalı”, “Ömər Faiq Nemanzadənin pedaqoji fəaliyyəti, “Ömər Faiq Nemanzadənin yaradıcılığında ana dili məsələləri” kimi mövzulara toxunulub.  Türk filologiyası kafedrasının dosenti Nurlana Mustafayeva “Ömər Faiq Nemanzadənin publisistik fəaliyyətində (“Qardaş köməyi” dərgisi əsasında) türkçülük ideologiyası” məruzəsi ilə tədbirdə çıxış etmişdir. Məruzəçi qeyd etmişdir ki, Ömər Faiq Nemanzadə bütün həyatını türkçülük ideologiyası üzərində inkişaf etdirmiş, onun  "Dilimiz yazımız", "Dərdimiz və dərmanımız", "Eşq və məhəbbət", "Milliləşmək", "Gürcü siyasətçiləri" və bu kimi məqalələrinin elm, mədəniyyət və əlaqə dili olaraq türk dilinin tarixən müxtəlif xalqlar və millətlər arasında ortaq dil olduğunu sübut etdiyini vurğulamışdır.

Tədbirin sonunda iştirakçılara təşəkkürnamə təqdim olunmuşdur.

 

 

 

 

Bookmark and Share