Şərqşünaslıq fakültəsinin müəllimi Eldost İbrahimovun kitabı Pakistanda nəşr olunub
11/04/2023Şərqşünaslıq fakültəsinin urdu dili müəllimi Eldost İbrahimovun "Azərbaycanca-urduca şəkilli lüğət" (آذربائیجانی- اردو باتصویر لغت) adlı kitabı Pakistanda nəşr olunmuşdur. Ölkə miqyasında bu formatda ilk dəfə yazılmış və nəfis tərtibatı, öz həcmi, mövzularının əhatəliliyi baxımından seçilən bu kitab, eyni zamanda Azərbaycanca-urduca yazılmış ilk lüğətdir.
