Homeaz | en | ru


Şərq filologiyası məslələri



İran filologiyası kafedrası üzrə


Şərqşünaslıq fakültəsinin İran filologiyası kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Familə Nəcəfovanın “Azərbaycanca-Farsca şəkilli lüğət” (فرهنگ مصور آذربایجانی – فارسی) adlı kitabı işıq üzü görüb.

Müəllifin uzunmüddətli zəhmətinin məhsulu olan şəkilli lüğət ölkə miqyasında bu formatda ilk Azərbaycanca-farsca lüğət olmaqla yanaşı, nəfis tərtibatı, öz həcmi, mövzularının əhatəliliyi baxımından seçilir. Fars dilində söz ehtiyatının zənginləşdirilməsi prosesində sözün mənasının beyində təsəvvürünün yaradılması və nəticə olaraq anlayıb-qavrama vərdişlərinə nail olmaq məqsədi ilə tərtib olunan 240 səhifəlik lüğətə 143 mövzuda olmaqla 4300 söz, 100-ə yaxın söz birləşməsi və cümlə daxildir. Kitabda fars dilində olan sözlərin transkripsiyaları da təqdim edilib, bu yolla əlifbanı bilməyən oxucuların da lüğətdən istifadəsinə zəmin yaradılıb.

















Ərəb filologiyası kafedrası üzrə


Şərqşünaslıq fakültəsinin əməkdaşlarının müəllifliyi ilə samişünaslıqla bağlı monoqrafiyalar işıq üzü görüb.

 

Samişünaslıq müstəqil bir elm sahəsi kimi artıq XIX əsrdə formalaşmağa başlamış, qrammatikaya aid mühüm əsərlər, lüğətlər, çoxcildli tarixi kitablar, ədəbiyyat topluları, orta əsr sami filoloqlarının əsərlərinin təhlili və s. kimi tədqiqat işləri çap edilmiş, nəticədə samişünaslıq müxtəlif qollara bölünmüşdür. Sami dilçiliyinin tədqiqi sahəsində öz əsərləri ilə yadda qalan T. Nöldeke, V. Qezenius, K. Brokkelman və s. görkəmli samişünasların əsərləri ilə tanış olmadan sami dilləri ilə bağlı fundamental elmi tədqiqat işi yazmaq mümkün deyil.

Keçmiş postsovet məkanında samişünaslıq əsasən iki istiqamətdə ‒ ərəbşünaslıq və hebraistika üzrə inkişaf etmiş, arameistika, efiopiaşünaslıq və s. sahələr formalaşmağa başlamışdır. Peterburq, Moskva, Tbilisi, Bakı və Daşkənddə nüfuzlu samişünaslıq məktəbləri meydana gəlmişdir. Bu gün istifadəyə verilən kitablar əsası professor Ə. Məmmədov tərəfindən qoyulmuş Bakı Samişünaslıq Məktəbinin uğurla inkişaf etdiyini sübut edən amillərdəndir.

Müasir dövrümüzdə dünyanın əksər universitetlərində sami dillərini ayrı-ayrılıqda və müqayisəli şəkildə tədqiq edən kafedralar fəaliyyət götərir. Azərbaycanda da müqayisəli samişünaslıq məktəbinin formalaşması, zənnimizcə, məqsədəuyğun, bəlkə də, çox vacibdir.

Kitabların yazılmasında respublikamızda inkişaf edən hər iki sami dili məktəbinin nəzəri-təcrübi nailiyyətlərindən bəhrələnərək yeni və fundamental  tədqiqat işləri qələmə alınmışdır. Kitabın hazırlanmasında respublikamızda çapdan çıxmış dilçilik əsərləri ilə yanaşı rus, avropa, ərəb və israil samişünaslarının əsərlərindən, həmçinin bu sahə üzrə dünyanın müxtəlif ölkələrində çap olunmuş dövri elmi nəşrlərdən istifadə olunmuşdur.

Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən və Sami dillərinin müqayisəli qrammatikası adını daşıyan bu layihə iki kitabdan ibarətdir.

1. Sami dilləri tarixi

2.Sami dillərinin müqayisəli qrammatikası

Kitabın baş məsləhətçisi mərhum akademik V.M.Məmmədliyev, elmi redaktor, akademik R.B.Hüseynov, rəyçilər dosent V.A.Qaradağlı, f.ü.f.d.L.M.Orucova və samişünas S.C.Fərzəliyevdir.






İran filologiyası kafedrası üzrə



İran filologiyası kafedrasının dosenti,  filologiya üzrə fəlsəfə fəlsəfə doktoru Məmmədova Əsmətxanım Bəyəhməd qızının çap etdirdiyi kitablar:

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Əsmətxanım Məmmədova, Fidan Nəsirova,Tərcümə mətnləri (dərs vəsaiti) “Elm və təhsil” nəşriyyatı, Bakı: 2019,219 səhifə (qrivli nəşr)

Azərbaycanda fars dilinin tədrisi tarixində  dərsliklər daxilində verilmiş azərbaycanca mətnlər istisna olmaqla bu tədris vəsaiti əks tərcümə materiallarından tərtib olunmuş ilk kitabdır. Müasir dövrdə tərcümə işi sosial-mədəni inkişafın, milli mədəniyyətlərin qarşılıqlı təsirinin, xalqların bir-birinə yaxınlaşması, elmi-iqtisadi inteqrasiyanın bir-birini milli və ümumbəşəri dəyərlərlə zənginləşdirməsinin ən mühüm vasitələrindən biridir. Tərcümə müxtəlif dillərdə danışan insanların bir-birilə ünsiyyət qurmaq ehtiyyacından yaranmışdır. Burada toplanmış tərcümə mətnləri hər iki xalqın mədəniyyəti, tarixi, ədəbiyyatı, incəsənəti ilə tanış olmaq üçün dəyərli mənbədir. Mətnlərin sonunda çətin sözlərin lüğəti, onların oxunuş qaydası, bir çox hallarda söz və tərkiblərin sinonimləri verilmişdir. Dərs vəsaiti fars dilini öyrənən tələbələrlə yanaşı, bu dili sərbəst öyrənmək, mükəmməlləşdirmək istəyənlər və əcnəbi tələbələr üçün də faydalı bir kitab olacaqdır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Fars dilinin orfoqrafiyası, dərs vəsaiti (Fars dilindən tərcümə,ön söz, şərhlər, məqalələr və lüğət tərtibi Əsmətxanım Məmmədovaya məxsusdur) “Elm və təhsil” nəşriyyatı, Bakı: 2011, 232 səhifə (qrivli nəşr)

Dilçiliyə dair ədəbiyyatda düzgün yazı qaydaları termini həm geniş, həm də dar mənada işlənmişdir. Yazını nizama salan və tənzim edən bütün qaydalar məcmusuna orfoqrafiya deyilir. Sözün səs tərkibinin hərflərlə ifadəsi; sözlərin bitişik, ayrı, yaxud defislə yazılması orfoqrafiyanın daxilində öyrənilir.

­         Ərəb əlifbasına əsaslanan fars dilində düzgün yazı qaydalarını bilib, onu tətbiq etmək günün aktual problemi olmaqla, qədim zamanlardan bəri həmişə mütəfəkkir insanları düşündürmüşdür. Dilin inkişafı boyunca onda baş verən bir sıra obyektiv dəyişikliklər, proseslər müəyyən mənada orfoqrafiyada əks olunur. Düzgün orfoqrafik qaydaları bilmək, müasir dövrdə bu sahədə aparılan dəyişikliklərin fərqində olmaq üçün bu dərs vəsaitinin müəllimlərə, tələbələrə eləcə də fars dilinin sərbəst şəkildə öyrənmək istəyənlərə sonsuz faydası olacaqdır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Fars dilində vurğu (eksperimental tədqiqat işi) “Nafta –Press” nəşriyyatı, Bakı: 2007, 242 səhifə,(Qrivli nəşr)

Mənoqrafiyadan məqsəd superseqment  vahidlər  arasında mərkəz təşkil edən, sözü dil vahidi kimi formalaşdıran vurğunun akustik təbiətini, yerini, mənafərqləndirici funksiyasını müəyyənləşdirməkdir.Tədqiqat işi eksperimentlər əsasında yerinə yeti­­ril­mişdir.Kitabdan təkcə mütəxəssislər deyil, bu dillə maraqlanan, onu tədris və təlim edənlər, habelə sərbəst şəkildə öyrənmək istəyənlər istifadə edə bilərlər.

  1. Əsər yalnız fars dilçiliyi üçün deyil, həm də ümumi dilçilik üçün faydalı elmi ümumiləşdirmələr, təcrübi nəticələrlə zəngindir. Təsadüfi deyildir ki, həmin kitab 2007 – ci ildə Milli Elmlər Akademiyasının nailiyyətləri olan kitablar siyahısına salınmışdır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Çillə gecəsinin nağılları “Oka Ofset” nəşriyyatı, Bakı: 2009, 298 səhifə

Allah keçmişdəkilərə rəhmət eləsin. Bir yerə toplaşmağı, bir-biri ilə yaxın münasibət qurmağı sevərdilər. Ona görə də dostluq və sə­mi­miy­yət yaratmaq üçün kiçik bir fürsəti də əldən verməzdilər. Bu für­sətlərdən biri də ilin ən uzun gecələrindən biri olan “Çillə ge­cə­si”, yaxud “Yəlda gecəsi” (ən qaranlıq və uzun gecə) idi.O xatirələrlə dolu gecələrdən yadigar olaraq bu kitabda iyir­mi nağıl oxuyacaqsınız. Çillə gecələrinin sirli- əsrarlı əhval-ruhiy­yəsinə uyğun iyirmi nağıl. Çillə gecələri o qədim nağılları, şi­rin və hikmətli nəsihətləri ilə nağıl söyləyənlərin həzin, mə­həb­bət dolu səsi sizi öz sonsuz və əbədi sehrinə salacaqdır.

Bu gözəl, hikmətli, nəsihətlərlə dolu mənəvi dəyərlərimizə söy­kənən nağılları, hekayələri Azərbaycan oxucularına- uşaqlara, gənc­lərə və yaşlılara ana dilimizdə təqdim edən isə Bakı Dövlət Uni­versitetinin Şərqşünaslıq fakultəsinin bir qrup gəncləri və on­la­rın fars dili müəlliməsi fəlsəfə üzrə filologiya doktoru, dosent Əsmətxanım Məmmədova olmuşdur. Tərcüməçilər:

Müdrik qız; İki müsafir; Yaqut kisəsi; Qoca pəhləvan; Yax­şı günün dostları; İki yoldaş; Hatəm Tai və odunqıran kişi - Məm­mə­dova Əsmətxanım Bəyəhməd qızı; İki tülkü; Qızıl yumurta - Nə­sirova Fidan Yaqub qızıAMEA, Şərqşünaslıq İnstitu­tunun eimi işçisi;  Aşağıdakı hekayələri BDU-nun Şərqşünaslıq fakultəsinin fars şöbəsinin tələbələri tərcümə etmişlər:Yaqut cam; Kimyagər- Tarverdiyev Ariz Səxavət oğlu; Yaxşılğın mükafatı; Şir və pişik - Hüseynov Bəxtiyar Dilqəm oğlu; Comərdlik adəti; Xacə və ov iti - Məmmədova Firuzə Bəhruz qızı; Daş-qaşla bəzədilmiş qılınc - Əliyev Əli İbrahim oğlu; İki qardaşın səfəri - Mehdiyev Emin İlham oğlu, Nağıyev Kənan Bəybala oğlu; Qızıl piyalə Qəmbərova Sevinc Mirsalam qızı; Dostluqda vəfa - Rəhimova Çinarə Fəxrəddin qızı; Ərəb əmiri və comərd kişi-Əliyeva Sevinc Akif qızı

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şəhram Şəfii, Mövludu ağanın çantası,(mütərcim - Əsmətxanım Məmmədova), “Elm və təhsil” nəşriyyatı, Bakı: 2011, 222 səhifə

 

  1. Ş. Şəfii on səkkiz tənqidi şəkildə yazılmış hekayədən ibarət “Qaymaqlı tortun partlaması” [13] adlı topluda həyatın bir-birindən maraqlı müxtəlif lövhələrini qələmə almışdır. “Mövludu ağanın çantası”, “Kərtənkələ” məktəb həyatının müxtəlif səhnələrini, “Təzə doğulmuşun qədəmi”, “Onlar yanmaqdan qorxmurlar”, “Qaymaqlı tortun partlaması”, “Niyə keçəllərin bəxti gətirir”, hekayələrində ailə-məişət zəminində maraqlı, insanı düşündürən məsələlər verilmiş, “Yekə əlli Ağabala”, “Qarğaya bənzər”, “Yaylı taxt”, “İndi də titrəyirəm”, “Dünən Məhtab gəlin köçdü”də adi insanların həyat tərzi açıqlanmışdır. “Qabarlı nəğmələr”, “Əl fənəri” kimi hekayələrdə müharibənin törətdiyi məhrumiyyətlərə toxunulmuşdur. Onun eyni zamanda “Qışqırtı”, “Eynəkli ilan”, “Küçə səkisi”, “Həmişə gülən kişi”, “O ağ varlığı bir daha görmədim” və s. əsərrlərini də mütaliə etmək maraq doğurur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Əsmətxanım Məmmədova, Lətifələr, yumoristik hekayələr və tapmacalar -  fars ədəbi dili və Tehran dialekti ilə müqayisə əsasında (disklə birlikdə). Dərs vəsaiti, “Oka Ofset” nəşriyyatı, Bakı:2012, 230 səhifə (qrivli nəşr)

Müasir linqval metodlara uyğun olaraq bu dərs vəsaitinə əlavə edilmiş diskə təxminən 140 lətifə və qısa şəkilli yumoristik hekayə (Noqteha və lətifeha), eləcə də 50 tapmaca (Çistanha) fars dilli diktorların səsi ilə yazılmışdır. Qeyd etmək  lazımdır ki, burada səslənən lətifələr fars ədəbi dili və danışıq dili ilə qarışıq şəkildə verilmişdir ki, bu da tamamilə fars dilinin indiki, müasir üslubuna uyğundur. Ona görə ki, hal-hazırda hər bir auditoriyada fars dilinin iki qolunun sintezinindən istifadə olunur.

Xalqın yaratdığı dastanlar, nağıllar, nəğmələr, atalar sözləri, lətifələr, tapmacalar nəsildən-nəslə keçərək, hafizələrdə yaşamışdır. Bu dərs vəsaitində sadə xalq dilinə söykənmiş ədbi dil ilə yanaşı danışıq dil nümunələrini də müqayisə şəklində vermişik. Bundan əlavə ilk dəfə olaraq canlı səslənmədən, diskdən istifadə olunmuşdur ki, buda fars dilini öyrənmək istəyənlərə yaxından yardımçı olacaqdır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Tərcümə mətnləri – Dərs vvəsaiti,(Müasir fars ədəbiyyatından seçmələr) (qrivli nəşr)

Azərbaycanda fars dilinin tədrisi tarixində  dərsliklər daxilində verilmiş azərbaycanca mətnlər istisna olmaqla bu tədris vəsaiti əks tərcümə materiallarından tərtib olunmuş ilk kitabdır. Müasir dövrdə tərcümə işi sosial-mədəni inkişafın, milli mədəniyyətlərin qarşılıqlı təsirinin, xalqların bir-birinə yaxınlaşması, elmi-iqtisadi inteqrasiyanın bir-birini milli və ümumbəşəri dəyərlərlə zənginləşdirməsinin ən mühüm vasitələrindən biridir.Tərcümə müxtəlif dillərdə danışan insanların bir-birilə ünsiyyət qurmaq ehtiyyacından yaranmışdır. Burada toplanmış tərcümə mətnləri hər iki xalqın mədəniyyəti, tarixi, ədəbiyyatı, incəsənəti ilə tanış olmaq üçün misilsiz mənbədir. Mətnlərin sonunda çətin sözlərin lüğəti, onların oxunuş qaydası, bir çox hallarda söz və tərkiblərin sinonimləri verilmişdir. Dərs vəsaiti fars dilini öyrənən tələbələrlə yanaşı, bu dili mükəmməlləşdirmək istəyənlər və əcnəbi tələbələr üçün də faydalı bir kitab olacaqdır

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Mostafa Xoraman,(Müasir fars ədəbiyyatından seçmələr) Hekayələr toplusu, mütərcim –Əsmətxanım Məmmədova, “Oka Ofset” nəşriyyatı, Bakı: 2012, 80 səhifə

Müasir İran yazıçısı M.Xoramanın bir-birindən maraqlı onlarla kitabı işıq üzügörmüşdür. Xalqın yaşayış tərzi, məişəti, düşüncəsi, psixoloji durumunu ustalıqla əsərlərində əks etdirən M.Xoramanın səkkiz hekayədən ibarət bir toplusunun tərcüməsini sizə təqdim etdik.  Bu kitabı mütaliə edərkən, yazıçının hadisələrin şərhinə, xarakterlərin açılışına nə qədər həssas bir duyğu ilə yaşadığının şahidi olacaqsınız.

Gerçək həyat hadisələrindən qaynaqlanan hekayələrinin aparıcı mövzusu sosial   ədalətsizlik,  cəmiyyətdəki ziddiyyətlərin kəskinləşməsi fonunda qabardılan yaltaqlıq, ikiüzlülük, riyakarlıq kimi mənfi keyfiyyətlərin  açdığı yaralar və onlara qarşı mübarizə üsullarıdır. Bu səpgili əsərlərində isə sadaladığımız “keyfiyyətlərin” tənqidi, ifşası ana xətt kimi keçir. Başqalarının haqqına sahib çıxan dövlət məmurları, qoluzorlular, gözü ayağının altını seçməyən harın pullular, müftəxorlar, valideynə laqeyid nankor övladlar, insanlıq hisslərini yadırğamış kütbeyinlər  Mustafa Xuramanın əsas tənqid hədəfləridir. m

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Vijegiha-ye təkye dər zəban-e moaser-e farsi (kar-e azmayeşi),dər ketab-e qoftarha-ye piramun-e məsayel-e zəbanşenasi, səh.72- 132 Tehran: 1359,(1980);































Məmmədova Əsmətxanım, Müasir fars dilində vurğunun təbiəti (xüsusiyyəti), 60 səhifəlik vurğunun fonetik təbiətindən bəhs edən bu məqalə Tehranda müxtəlif illərdə dörd dəfə çap olunmuşdur.(167 səh.)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Vijegiha-ye təkye dər zəban-e farsi-ye moaser (kar-e azmayeşi),dər ketab-e  məğalat-e iranşenasi,celd-e əvvəl və celd-e dovvom, səh.537- 587 Tehran: 1378(2000);

Doktor Əsmət Məhəmmədova, Molahezat-e piramun-e rəveş-e tədris-e avaşenasi-ye zəban-e moaser-e farsi, dər ketab məcmu`-ye məğalat-e şeşomin məcmə`e beynəlmeləli-ye ostadan-e zəban o ədəbiyyat-e farsi, kuşeş-e doktor Əbbasəli Vəfayi,nəşr-e Mirasban səh.840 – 852; Tehran :1388 (2010) ,üm.səhifə: 1103







Ərəb filologiyası kafedrası üzrə

 

2019-ci ilin sentyabr ayında Ərəb filologiyası kafedrasının dosenti görkəmlı ərəbşünas tədqiqatçı Könül Məmmədovanın “Cahiz yaradıcılığında ənənəvi ərəb qəsidə quruluşunun təhlili” adlı monoqrafiyası Misir Mədəniyyət Nazirliyinin qərarı ilə çapa məsləhət görülmüş və nüfuzlu dövlət nəşriyyatı olan "Dəru -l-nəşr" mətbəəsində nəşr olunub. Monoqrafiyada Abbasilər dövrü ərəb ədəbi tənqidi sahəsində böyük xidmətləri olmuş Cahizin elmi və bədii yaradıcılığı, xüsusilə də onun ənənəvi ərəb qəsidə quruluşu üçün yaratdığı nəzəri əsaslar, qayda-qanunlar, norma və prinsiplər ilk dəfə olaraq kompleks şəkildə təhlilə cəlb edilmişdir. Ədibin orta əsr ərəb bədii söz sənətinin daxili və xarici strukturunu müəyyənləşdirmək məqsədilə müraciət etdiyi çoxlu sayda poetik nümunələr əsərdə öz əksini tapmışdır. Şərqşünas, filoloq və ədəbiyyat nəzəriyyəsi ilə məşğul olan mütəxəssislər üçün nəzərdə tutulmuş bu kitabdan doktorantlar, magistrlər, tələbələr və həmçinin geniş oxucu kütləsi də faydalana bilər.






2019-ci ilin iyul ayında Ərəb filologiyası kafedrasının dosenti K.Məmmədovanın “Cahiz yaradıcılığında ənənəvi ərəb qəsidə quruluşunun təhlili” adlı monoqrafiyası işıq üzü görüb

Monoqrafiyada Abbasilər dövrü ərəb ədəbi tənqidi sahəsində böyük xidmətləri olmuş Cahizin elmi və bədii yaradıcılığı, xüsusilə də onun ənənəvi ərəb qəsidə quruluşu üçün yaratdığı nəzəri əsaslar, qayda-qanunlar, norma və prinsiplər ilk dəfə olaraq kompleks şəkildə təhlilə cəlb edilmişdir. Ədibin orta əsr ərəb bədii söz sənətinin daxili və xarici strukturunu müəyyənləşdirmək məqsədilə müraciət etdiyi çoxlu sayda poetik nümunələr əsərdə öz əksini tapmışdır. Şərqşünas, filoloq və ədəbiyyat nəzəriyyəsi ilə məşğul olan mütəxəssislər üçün nəzərdə tutulmuş bu kitabdan doktorantlar, magistrlər, tələbələr və həmçinin geniş oxucu kütləsi də faydalana bilər.























2019-ci ilin iyun ayında Ərəb filologiyası kafedrasının dosenti K.Məmmədovanın “Quran ecazı və ərəb ədəbi tənqidi” adlı monoqrafiyası işıq üzü görüb

Monoqrafiyada ərəb filologiyası baxımından ən mühüm mövzulardan hesab olunan Quran ecazı və ərəb ədəbi tənqidi problemi araşdırılmış, Quranın ilk təfsirlərindən başlayaraq, orta əsr alimlərinin ən məşhur Quran təfsirlərinə qədər bir çox ciddi əsərlər təhlilə cəlb edilmiş, Allah kəlamının ərəb dilçiliyi və ədəbiyyatşünaslığının inkişafına təsiri məsələsi dərindən öyrənilmışdır. Əsərdə ümumilikdə ərəb ədəbiyyatşünaslığının, xüsusilə də ərəb ədəbi tənqidinin ilkin mərhələsinin nəzəri əsaslarının, qayda-qanunlarının, ölçü və normalarının müəyyənləşdirilməsində mühüm rolu olan “nizam nəzəriyyəsi” mövzusu tədqiq edilmiş, həmin məsələ ilə bağlı Quran ayələri, ərəb şifahi xalq ədəbiyyatı və poeziya nümunələrindən çoxlu sayda dəlillər gətirilmişdir. Şərqşünas, filoloq və ədəbiyyat nəzəriyyəsi ilə məşğul olan mütəxəssislər üçün nəzərdə tutulmuş bu kitabdan doktorantlar, magistrlər, tələbələr və həmçinin geniş oxucu kütləsi də faydalana bilər

 

 

 
























2019-ci ilin aprel  ayında Ərəb filologiyası kafedrasının dosenti Mütəllimova Çinarə Tofiq qızının Azərbaycan və ərəb qəhrəmanlıq dastanlarında oxşar süjet və motivlər” və “Ərəb ədəbiyyatından mühazirələr. I cild.” adlı kitabları işıq üzü görmüşdür.

Müəllif Azərbaycan və ərəb qəhrəmanlıq dastanlarında oxşar süjet və motivlər əsərində Azərbaycan və ərəb qəhrəmanlıq dastanlarında qadın obrazlarının tipoloji paralelliyi,  Azərbaycan və ərəb qəhrəmanlıq dastanları və onların bəzi ərəb qaynaqlarındakı problemləri, habelə qaynaqlarda istifadə olunan Azərbaycan və ərəb atalar sözlərində bənzər xüsusiyyətlər,  Azərbaycan qəhrəmanlıq dastanlarında qəhrəman obrazlarının genezisi və tipologiyası,  Azərbaycan və ərəb qəhrəmanlıq dastanlarında mövzu, süjet, motiv və ideya oxşarlığının sosial-tarixi və mədəni aspektləri, "Əli Zibak", "Zat əl Himmə" xalq romanlarının  ərəb qəhrəmanlıq dastanlarının ən gözəl nümunələrindən oıması,  Azərbaycan və ərəb qəhrəmanlıq dastanlarında qafiyəli nəsr və mübaliğə, eləcə də «Koroğlu» və «Əntərə» dastanlarında oxşar süjet və motivlər kimi maraqlı və hələ də araşdırılmamış məsələlərə aydınlıq gətirmişdir.

Çinarə Tofiq qızı Mütəllimovanın “Ərəb ədəbiyyatından mühazirələr. I cild” adlı dərsliyi isə ali məktəblərin bakalavr mərhələsi üçün nəzərdə tutulmuşdur. Ərəb ədəbiyyatı üzrə olan bu dərslik  Islam dövrü ərəb ədəbiyyatından başlayaraq, Əməvilər dövrü ədəbiyyatını da əhatə edir. Azərbaycan dilində müvafiq kitablardan fərqli olaraq burada verilən mövzular elmi dil ilə yüklənməmiş, çox sadə üslubda tələbələrə çatdırılmışdır ki, bu da onların istər məsğələlərdə, istərsə də imtahanlara hazırlaşmalarında böyük yardımçı olacaqdır.

Dərslikdə ilk dəfə olaraq İslam dininin poeziya və nəsrə təsiri, bu dövrdə köləyə münasibət, Həzrəti Peyğəmbərin (s) Cahiliyyə dövrü adətlərinə münasibəti, habelə Həzrəti Peyğəmbər (s) və dörd xəlifənin poeziya və şairlərə münasibəti, səalik şairlər haqqında məlumatlar verilmiş,  İslam dövründə hikmətli sözlər, tövqiyyat, vəsiyyətlər haqqında mövzular da yetərincə işıqlandırılmışdır.

Əməvilər dövründə ailə-qadın, sosial təbəqələr, musiqi və əyləncə, tərcüməçilik və digər məlumatlarla yanaşı, dərslikdə bu dövrün ərəb poeziyasının əsas xüsusiyyətləri də şərh edilmişdir. Tələbələr üçün tərtib olunmuş bu dərslikdən magistrantlar. doktorantlar, habelə ərəb ədəbiyyatı ilə maraqlanan oxucular da faydalana bilərlər.

 



















2019-ci ilin mart  ayında Ərəb filologiyası kafedrasının professoru  Aida Qasımovanın “Ərəb ədəbiyyatı. V-XIII əsərlər”  dərsliyi işıq üzü görmüşdür. Kitab BDU Şərqşünaslıq fakültəsinin Elmi Şurasının 22 iyun 2017-ci il tarixli iclasının qərarı və BDU rektorunun 18 yanvar 2019-cu il tarixli R-10 saylı əmri ilə magistratura pilləsi üçün Ərəb ədəbiyyatı fənni üzrə dərslik kimi təsdiq olunmuşdur.

Kitabda ərəb ədəbiyyatının son antik (Cahiliyyət), ilkin İslam, Əməvilər və Abbasilər dövrləri tam əhatə olunub. Hər bir dövrün ədəbiyyatından bəhs etməzdən əvvəl tarixi şəraitə nəzər salınıb, ədəbi proseslərə təsir etmiş ictimai-siyasi və ümumi mədəni durum öyrənilib. Səkkiz əsrlik bir dövrün ümumi mədəni və mənəvi mənzərəsini tam əks etdirmək üçün ədəbiyyatda dərin iz buraxmış dini-fəlsəfi cərəyanlara da xüsusi diqqət yetirilib.

Dərslikdə daim tədris edilən ənənəvi mövzularla yanaşı, indiyədək diqqətdən yayınan bəhslər və Mudrik əş-Şeybani, ibn Danyal, ibn Şərəf əl-Qayravani, ibn Sərrac, Ziryab kimi müəlliflər də yer alıb. Kitabda tədqiqata az cəlb olunan Məmluk ədəbiyyatı və Siciliyada ərəb ədəbiyyatı barədə də oçerklər verilib. Ədəbiyyat tarixi ilə yanaşı, ədəbi tənqid və poetika məsələlərinə, o cümlədən ərəb kalliqrafiyasına bölmələr həsr olunub.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 





2018-ci ilin sentyabr ayında Ərəb filologiyası kafedrasının müəllimləri - dosent Könül Əbül­fəz qızı Məmmədova və filologiya üzrə fəlsəfə doktoru Təranə Əkrəm qızı Ək­bə­rovanın Azərbaycan dilində  “Ərəb dili” dərsliyi üçüncü dəfə işıq üzü görmüşdür.

Oxuculara təqdim olunan dərslik iyirmi səkkiz dərsi əhatə edir. Dərslik tələbələrə ərəb dili qrammatikasının əsaslarını öyrətmək, ərəb dilində orta cətinliyə malik mətnləri lüğət vasitəsilə tərcümə etmək vərdişlərini aşılamaq məqsədi güdür. Bu kitab BDU-nun Şərqşünaslıq fakültəsinin fars, türk və ibri şöbələrində, eyni zamanda Tarix, Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültələrində oxuyan tələbələr üçün nəzərdə tutulmuşdur. Dərslikdən ərəb dili mütəxəssisləri və geniş oxucu kütləsi də faydalana bilər.

















 


2017-ci ilin dekabr ayında Ərəb filologiyası kafedrasının müəllimləri - dosent Könül Əbül­fəz qızı Məmmədovanın və dosent Çinarə Tofiq qızı Mütəllimovanın “Ərəb ədəbiyyatı” dərsliyi işıq üzü görmüşdür.

Ali məktəblərin ərəb ədəbiyyatı üzrə bakalavr pilləsi üçün nəzərdə tutulmuş  bu dərslik şifahi xalq ədəbiyyatından başlayaraq İslamaqədərki dövrü əhatə edir. Azərbaycan dilində müvafiq kitablardan fərqli olaraq, burada ilk dəfə olaraq şifahi xalq ədəbiyyatının müxtəlif növləri, o cümlədən dastanlar və rəvayətlər, həmçinin  Ərəbistan yarımadasındaki ictimai-siyasi, iqtisadi durum, qəbilələr, dil və yazı, tarixi adət və ənənələr yetərincə işıqlandırılmışdır.

Cahiliyyə poeziyasının janrları, müəlləqələrin müəllifləri və digər tanınmış şairlərin həyat və yaradıcılığına geniş yer verilmiş, klassik ərəb poeziyasının sonralar filoloqlar tərəfindən toplanma prinsipləri, məşhur alimlərin cahiliyyə poeziyasının həqiqiliyinə münasibəti şərh edilmişdir. Şeirlər mənzum şəkildə azərbaycan dilinə çevrilmişdir. Dərslikdən magistrantlar və doktorantlar da faydalana bilərlər. Oxuculardan xahiş olunur ki, kitabın ikinci nəşrində nəzərə alınması üçün təklif və iradlarını müəlliflərə çatdırsınlar.





 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

2017-ci ilin aprel ayında Ərəb filologiyası kafedrasının müəllimləri - dosent Könül Əbül­fəz qızı Məmmədovanın və filologiya üzrə fəlsəfə doktoru Təranə Əkrəm qızı Ək­bə­rovanın rus dilində  “Ərəb dili” dərsliyi işıq üzü görmüşdür.

Oxuculara təqdim olunan dərslik iyirmi səkkiz dərsi əhatə edir. Dərslik tələbələrə ərəb dili qrammatikasının əsaslarını öyrətmək, ərəb dilində orta cətinliyə malik mətnləri lüğət vasitəsilə tərcümə etmək vərdişlərini aşılamaq məqsədi güdür. Bu kitab BDU-nun Şərqşünaslıq fakültəsinin fars, türk və ibri şöbələrində, eyni zamanda Tarix, Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültələrində oxuyan tələbələr üçün nəzərdə tutulmuşdur. Dərslikdən ərəb dili mütəxəssisləri və geniş oxucu kütləsi də faydalana bilər.












6 noyabr 2016- cı il tarixində Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının ərəb dilində nəşrinin təqdimat mərasimi keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun hazırladığı kitabın elmi redaktoru institutun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı, BDU-nun qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri  Yaqub Mahmudov, ərəbcə nəşrin məsul redaktoru Bakı Dövlət Universiteti Ərəb filologiyası kafedrasının dosenti Gülnur Mahmuddur.
Tədbir Mədəniyyət və Turizm Nazirliyi, AMEA-nın Tarix İnstitutu və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə reallaşıb. Müvafiq qurumların nümayəndələrinin, tanınmış alim və mütəxəssislərin, ərəb ölkələrinin Bakıdakı səfirlərinin iştirak etdikləri mərasimdə Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov bədnam ermənilərin qəsbkarlıq, işğalçılıq siyasəti apardıqlarından, torpaqlarımızda törətdikləri qanlı hadisələrdən danışıb.
Akademik Yaqub Mahmudovun rəhbərliyi ilə son illərdə tariximizə dair olduqca fundamental əsərlərin nəşr edildiyini söyləyən Kərim Tahirov "İrəvan xanlığı” kitabının tariximizlə bağlı çox önəmli əsər olduğunu diqqətə çatdırıb, Azərbaycan həqiqətlərinin dünyaya daha ətraflı çatdırılmasının zərurililiyini vurğulayıb.
Xatırladaq ki, "İrəvan xanlığı” kitabı 2012-ci ildə "Azərbaycan Respublikasının Dövlət mükafatı”na layiq görülüb.



 

 

2015-cü ilin fevral  ayında oxuculara təqdim olunan bu dərs vəsaiti ərəb ədəbiyyatşünaslığı tarixində ədəbi tənqidin ilk görkəmli nümayəndələrindən biri Məhəmməd ibn Səllam əl-Cüməhinin həyat və yaradıcılığı, onun dövrümüzə gəlib çatmış “Tabaqatu fuhuliş – şüəra” adlı əsərinin təhlilinə həsr olunmuşdur. Bu kitab bakalavr pilləsində “Ərəb ədəbiyyatı tarixi” fənni və magisturatura pilləsində ərəb ədəbiyyatı üzrə “Xüsusi kurs”un tədrisi üçün nəzərdə tutulmuşdur. Əsərdən ərəb ədəbiyyatı mütəxəssisləri və geniş oxucu kütləsi də faydalana bilər.

 

 

 


2015-ci ilin aprel ayında Ərəb filologiyası kafedrasının müəllimləri-dosent Könül Əbül­fəz qızı Məmmədovanın və filologiya üzrə fəlsəfə doktoru Təranə Əkrəm qızı Ək­bə­rovanın “Ərəb dili” dərsliyi işıq üzü görmüşdür.

Oxuculara təqdim olunan dərslik iyirmi səkkiz dərsi əhatə edir. Dərslik tələbələrə ərəb dili qrammatikasının əsaslarını öyrətmək, ərəb dilində orta cətinliyə malik mətnləri lüğət vasitəsilə tərcümə etmək vərdişlərini aşılamaq məqsədi güdür. Bu kitab BDU-nun Şərqşünaslıq fakültəsinin fars, türk və ibri şöbələrində, eyni zamanda Tarix, Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültələrində oxuyan tələbələr üçün nəzərdə tutulmuşdur. Dərslikdən ərəb dili mütəxəssisləri və geniş oxucu kütləsi də faydalana bilər.

 

 

 

2014-cü ilin noyabr ayında Ərəb filologiası kafedrasının müəlliimi Gülnarə Abdullayevanın "Müsəlman İspaniyasında Yəhudi ədəbiyyatı"  adlı yeni kitabı  Nafta Press nəşriyyatında çapdan çıxmışdır. Əsər bakalavr şöbəsində təhsil alan yəhudi bölməsi tələbələri üçün zəruri ədəbiyyat  hesab olunur.

 



2013 -cü ilin yanvar ayında G.Y.Mahmudovanın Çaşıoğlu nəşriyyatında "Ərəb ədəbi dilində sinonimlik" adlı kitabı şap olunmuşdur (395 səh.). Kitabda bir çox maraqlı məsələ o cümlədən oxşar və yaxın mənalıvahidlərin yaranma yolları, orta əsr dilçilərinin əsərlərində göstərildiyi kimi eyni bir sözün səs tərkibinin dəyişilməsi nəticəsində həmin sözün bir neçə variantının yaranması yolu, müasir dilçilikdə çox maraqlı məsələlərdən olan  leksikologiyanın iştiqaq fonetik hadisəsi vasitəsilə yaranan sözlər  təzahürü və s.öz parlaq əkini tapmışdır. Kitaba akademik Vasim Məmmədəliyev ön söz yazmışdır. Müasir ərəbşünasların fikrincə, oxşar və yaxın mənalı sözlərin əmələ gəlmə yollarından biri olan «əl-iştiqaq əl-əkbər» bəzi hallarda «əl-iştiqaq əl-kubar» kimi də hesab oluna bilər. Bəzi ədəbiyyatlarda  «əl-qəlb əl-luğavi» (leksik metateza) adlanan bu kimi problemlər də monoqrafiyada geniş şəkildə araşdırılır.







2013-cü ilin fevral  ayında oxuculara təqdim olunan bu dərs vəsaiti ərəb ədəbiyyatının görkəmli nümayəndələrindən biri Mütənəbbinin həyat və yaradıcılığına həsr olunmuşdur. Bu kitab bakalavr pilləsində “Ərəb ədəbiyyatı tarixi” fənni və magisturatura pilləsində ərəb ədəbiyyatı üzrə “Xüsusi kurs”un tədrisi üçün nəzərdə tutulmuşdur. Əsərdən ərəb ədəbiyyatı mütəxəssisləri və geniş oxucu kütləsi də faydalana bilər.








2013 -cü ilin may ayında Ərəb filologiası kafedrasının müdiri, akademik V.M.Məmmədəliyev ilə kafedranın müəllimi Mais Ağaverdiyevin Nurlan nəşriyyatında, "Əl Mizan təfsiri" adlı kitabın dördüncü cildinin tərcüməsi çapdan çıxmışdır. Əsərin müəllifi məşhur filosof  və təfsirçi, əllamə Məhəmməd Hüseyn Təbatəbaidir. Kitab XX əsrdə qələmə alınmış ən mükəmməl Quran təfsirlərindən hesab olunur.


2012-ci ilin aprel ayında Ərəb filologiası kafedrasının müdiri, akademik V.M.Məmmədəliyev ilə kafedranın müəllimi Mais Ağaverdiyevin Nurlan nəşriyyatında, "Əl Mizan təfsiri" adlı kitabın üçüncü cildinin tərcüməsi çapdan çıxmışdır. Müəllifi əllamə Məhəmməd Hüseyn Təbatəbainin olduğu bu kitab XX əsrdə qələmə alınmış ən mükəmməl Quran təfsirlərindən hesab olunur

2012-ci ilin fevral  ayında Ərəb filologiası kafedrasının dosenti Vüqar Aydın oğlu Qaradağlının «Təcvid» adlı kitabı işıq üzü görmüşdür. Kitabda Qurani-Kərimin müasir dövrümüzdə ən geniş yayılmış qiraəti (Asimin Həfs qiraəti) əsasında oxu qaydaları, klassik ərəb dili səslərinin tələffüzü xüsusiyyətləri, səs dəyişmə və digər məsələlər sistemləşdirilmiş şəkildə şərh olunur. Əsər İlahiyyat fakültəsində tədris olunan «Təcvid» fənni üzrə dərslik kimi, Şərqşünaslıq və İlahiyyat fakültələrində tədris olunan «Ərəb dili» fənni üzrə dərs vəsaiti kimi istifadə oluna bilər. Kitab «Elm» nəşriyyatında çap olunmuşdur, həcmi 360 səhifədir.


2012-ci ilin fevralında Ərəb filologiası kafedrasının müəllimi MaisAğaverdiyevin Şərq- Qərb nəşriyyatında, "Meracus- səadə"  (Səadət zirvəsində) kitabı çapdan çıxmışdır (524səh). Müəllifi Şeyx Əhməd Nəraqinin olduğu bu kitabda əxlaq elmi ilə bağlı çox dəyərli məlumatlar verilmişdir. Fəzilətlər və qəbahətlərin hər birinin ayrı-ayrılıqda geniş şəkildə izahı verilmiş, insanın mənfi xislətlərdən uzaqlaşıb müsbət keyfiyyətlərə yiyələnə bilməsinin nəzəri-praktiki yolları qeyd edilmişdir. İslam əxlaqı sahəsində yazılmış kitablar arasında ən samballılarından olan əsər həm də dilinin sadəliyi ilə səciyyələnir, bu və digər əxlaqi məsələlərlə bağlı baş vermiş ibrətamiz əhvalatları qeyd etməklə oxucunun nəzər-diqqətini özünə cəlb edir.


2011-ci ilin martinda  Ərəb filologiası kafedrasının müəllimi Mais Ağaverdiyevin  " Əbədiyyət nuru Həzrət Muhəmməd (İslam peyğəmbərinin həyatı barədə mükəmməlaraşdırma)" kitabı çapdan çıxmışdır.  Müəllifi  doktor Cəfər   Sübhani olan bu kitab Şərq- Qərb nəşriyyatında işıq üzü görmüşdür, ikinci nəşri isə 2011 ci ildə baş tutmuşdur. Kitaba akademik Vasim Məmmədəliyev ön söz yazmışdır. 
Kitabda həzrət Mühəmmədin(s) həyatında baş vermiş hadisələr çox rəvan şəkildə, özü də ən mötəbər mənbələrə istinadən əks etdirilmiş, onların təhlili verilmiş və şübhəli məqamlara tutarlı sübutlarla cavab verilmişdir. Burada “Ərəblər İslamdan öncə”, “İslamın meydana gəlməsi”, “İslamı qəbul etmiş ilk şəxs”, “Quranın ecazı”, “Qəraniq əfsanəsi”, “Merac”, “Hicrət”, “Qiblənin dəyişdirilməsi” kimi olduqca maraqlı mövzular çox dolğun şəkildə öz əksini tapmışdır. Müəllif həm də bir sıra avropalı şərqşünasların əsassız iddialarına tutarlı cavablar vermişdir. Diqqəti daha çox cəlb edən məqam isə əsərin dilinin çox səlis olması, mövzuları sadə dildə oxucuya təqdim etməsidir.

 


Gülnur Mahmudova ,Ərəb dilinin qeyri -ərəb şöbələrində tədrisi, Bakı, 2010

















Əl-Abbasi Xeyri, Ərəb dilinin imla qaydaları, Bakı, 2010

 




İran filologiyası kafedrası üzrə

 


prof. T.Z.Rüstəmova – Kitab: 1 – Fars dili (qısa kurs) – Elm və təhsil nəşriyyatı, Bakı 2014, həcmi 20 ç.v.

Annotasiya: Dərslik Şərqşünaslıq fakültəsinin fars dili şöbəsindən başqa, fars dili tədris olunan digər fakültələr və şöbələr, həmçinin bu dili müstəqil şəkildə öyrənmək istəyənlər üçün nəzərdə tutulmuşdur. Dərslik fars dilində qısa kurs xarakteri daşıyır. Dərslik “Əlifba” nın öyrədilməsi, 33 dərs və hər bir dərsdə verilmiş mətnlə əlaqədar qrammatik materiallar, həmçinin müvafiq tapşırıq və çalışmalar, “Oxu materialı” və dərslikdə istifadə olunmuş sözləri əhatə edən “Farsca – Azərbaycanca lüğət”dən ibarətdir

 









 


dosent  M.H.Məmmədova – Kitab: “XI-XVII əsr fars dili izahlı lüğətlərinin tərtib prinsipləri” (monoqrafiya)

Monoqrafiyanın ilk nümunəsi Azərbaycanda və azərbaycanlılar tərəfindən tərtib olunmuş fars dili leksikoqrafiyasının qədim və orta əsr izahlı lüğətlərinin nəzəri və əməli əsaslarının tədqiqinə həsr edilmişdir.

 

 

 

 

 

 

 





prof. M.D.Kazımov –  Kitab: Nəcməddin Razinin «Mirsad əl-ibad» əsəri, Bakı 2014, Nafta – Press nəşriyyatı,  həcmi 29 ç.,v.

Annotasiya:  Kitabda orta əsr farsdilli sufi ədəbiyyatının ən parlaq nümunəsi olan Nəcməddin Razinin “Mirsad əl – ibad” əsərinin izahlı tərcüməsi verilmişdir. 1223 – cü ildə yazılmış bu əsər sufi mühitində olduğu kimi savadlı dairələrdə də tez bir zamanda məhşurluq qazandı. Beş fəsil və qırx hissədən ibarət olan “Mirsad əl - ibad” əsəri sufizmin nəzəri və praktik məsələlərinə həsr olunmuşdur.

Kitabda həmçinin Nəcməddin Razinin dünyanın yaranması haqqında baxışları verilir, insanın dünyada yeri və təyinatı müəyyənləşdirilir.














prof. A.R.Kərimov
, E.İ.İbrahimov Kitab: 1- “Urdu dili” dərsliyi (I kurslar üçün) (Eldost İbrahimov ilə birlikdə) Adiloğlu nəşriyyatı, Bakı 2014, həcmi 31 ç.,v.

Annotasiya: Urdu dili dərsliyi kurrikulum təlim sistemi əsasında yazılmışdır və başlıca olaraq müasirlik, reallıq, tələbələrin marağı, müxtəliflik, effektivlik kimi prinsiplərə əsaslanır. Bu, indiyə qədər Azərbaycanda nəşr olunan ilk “Urdu dili” dərsliyidir. Dərsliyin əsas məqsədi nitq fəaliyyətini formalaşdırmaq, dil qaydalarını öyrətmək və dilin mənsub olduğu xalqın sosial – mədəni həyatı haqqında bilikləri aşılamaqdır. Dərslik 35 dərsdən (iki hissədə: əsas hissə və iş dəftəri) ibarətdir və I kurs tələbələri üçün nəzərdə tutulmuşdur.

 

 

 

 

 

 

 

 



dos. M.H.Məmmədova – Kitab: 1 – Əşrəf İbn Şərəf – Əl – Müzəkkər Əl – Faruqinin “Daneşnameyi – Qədərxan” əsərinin fotofaksimelesi. Bakı 2014, Nafta – Press nəşriyyatı, həcmi 32ç.,v.

Annotasiya: Əşrəf İbn Şərəf – Əl – Müzəkkər Əl – Faruqinin “Daneşnameyi – Qədərxan” adlı əsəri XIV əsrdə Hindistanda yazılmışdır. Əsərin müəllifi və lüğətin əlyazması elm aləminə bəlli deyildi. Dünya kataloqlarında bu haqda məlumat yoxdur. Əsasən Firdovsinin “Şahnamə” və Nizaminin “İskəndərnamə” əsərlərinin leksik tərkibinin izahına həsr olunmuş bu lüğətin yeganə nüsxəsi AMEA- nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunur. Əsər hicri 807 – ci ildə yazılmış, h. 811 – ci ildə İshad bin İbrahim Buxari tərəfindən süls xətti ilə üzü köçürülmüşdür.

“Daneşnameyi – Qədərxan”ın nəşri bir neçə cəhətdən faydalıdır: ondan fars dilinin leksikoqrafiya tarixini araşdıran və fars dili mətnşünaslığını öyrənən tələbə, magistr və tədqiqatçılar da istifadə edə bilərlər.

 










dos. L.H.Mahmudova –Kitab: 1 - «Fars dili» II kurs tələbələri üçün dərslik. “Nafta – press” nəşriyyatı Bakı 2014, həcmi 23 ç.,v.

Annotasiya: Dərslik 40 əsas dərsdən və əlavə oxu materialından ibarətdir. Dərslərin məhdud sayı morfologiya bəhsinə həsr olunmuşdur. Əsasən isə sintaksis məsələlərinə yer ayrılmışdır. Klassik və müasir farsdilli mənbələrdən götürülmüş oxu mətnlərinin seçilməsində əsas meyar proqramdakı leksik – qrammatik izahat olsa da, bu dərsliyin gələcək iranşünaslar üçün yazıldığı nəzərə alınaraq İranın tarixi, coğrafiyası, farsdilli ədəbiyyat və poeziya mövzularını əhatə edən mətnlər verilmişdir.

 

 

 

 

 

 

 

 


C.N.Məmmədzadə –Kitab:
1 – Fars əlifbasının tədrisi, Elm və təhsil nəşriyyatı, Bakı 2014, həcmi 8 ç.v.

Annotasiya: Müasir fars dili proqramı və yeni metodik tələblər əsasında tərtib olunmuş bu dərs vəsaitində tələbələrə fars əlifbasının qısa müddət ərzində asan və əlverişli üsulla öyrədilməsi nəzərdə tutulmuşdur. Dərs vəsaitində fars dilinin oxu və yazı qaydaları mövcud dərslərin və müxtəlif məzmunlu çalışmaların timsalında müfəssəl şərh edilir, fars əlifbası ilə oxu və yazı vərdişlərinin yaradılması üçün fars dilinin orfoqrafiya və orfoepiyasına dair ətraflı izahlar təqdim olunur. Dərs vəsaiti bilavasitə fars dilinin orfoqrafiyasının nəzəri və praktik cəhətdən öyrənilməsinə xidmət edir.

 

 

 

 

 

 

 

 

 


Fil.ü.f.d., dos. L.H.MAHMUDOVA

Kitab: Fars dili (III-IV kurslar üçün)

Annotasiya: 35 dərsdən ibarət olan bu dərslikdə Şərqşünaslıq fakültəsi üçün bu günə qədər nəzərdə tutulmuş  dərsliklərdə öz əksini tapmayan mövzular əhatəli surətdə nəzərdən keçirilir, tələbələr tərəfindən fars dili sintaksisinin sistem şəklində öyrənilməsi qarşıya əsas məqsəd kimi qoyulur. Buna görə də, bu vaxta qədərki dərsliklərdə öz əksini tapa bilməyən bir çox  sintaksis məsələləri müasir dilçilik səviyyəsində izah edilərək mövzunun tam və asan şəkildə başa düşülməsinə imkan verir.

 

 

 

 

 

 

 

İran filologiyası məqalələr toplusu

 

Bilqeyis Quliyeva. Xacu Kirmaninin «Samnamə» və «Humay və Humayun poemaları, Bakı, 2010

Bilqeyis Quliyeva. Xacu Kirmaninin həyatı və bədii irsinin tədrisi, Bakı, 2010

İran filologiyası məsələləri (Məqalələr toplusu), Bakı, 2010







2013-2016 - cı illər ərzində Türk filologiyası kafedrasında nəşr olunmuş kitablar haqqında məlumat


Çoxkomponentli mürəkkəb cümlələrin təsnifi. K.Əhmədova. “Elm və təhsil” Bakı-2013, 148 səh.

Annotasiyası

Ümumi dilçiliyin son nailiyyətləri əsasında yazılmışdır. Ənənəvi və müasir sintaksis sahəsindəki görkəmli alimlərin araşdırmaları əsas götürülmüş, daha sistemli təsnifat verilmişdir. Dilçiliyin mübahisəli və az işlənmiş bir bölməsinə həsr edilmiş tədqiqat işi mürəkkəb cümlənin statusunun, sərhədinin təyin edilməsində önəmli yer alacağına inanırıq. Dərs vəsaiti ali məktəblərin bakalavr, magistr pillələri, müəllimləri üçün tövsiyə edilir.

 

 

 

 

 

 

 

 


Müqayisəli qrammatika(Oğuz qrupu türk dilləri)  A.İbrahimova.Ə.Quliyeva.  Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10.07.2012-ci il tarixli 1313 saylı əmri ilə (protokol№16) təsdiq edilmişdir. (metodik vəsait)

Annotasiyası

Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin Türk filologiyası üzrə əyani və qiyabi şöbəsində tədris olunan “Müqayisəli qrammatika” fənni üçün hazırlanmış metodik vəsait tələbələrin bu vəsaitə olan ehtiyacını nəzərə alaraq fənn proqramı əsasında yazılmışdır. Dillərin geneologiyasının araşdırılmasında dilin leksikasının tədqiqində semantik sahənin tarixi qarşılaşdırılması, söz kökləri münasibətlərinin müəyyənləşdirilməsi nəzərdə tutulmuşdur. Bu metodik vəsait həm də dilçilər və dil problemləri ilə məşğul olanlar üçün nəzərdə tutulmuşdur.

 

 

 

 

 

 

 


Oğuz qrupu türk dillərində modal sözlər G.İmanov “Elm və təhsil” nəşriyyatı, Bakı-2013, 136 səh.(monoqrafiya)

Annotasiyası

BDU-nun Şərqşünaslıq fakültəsi Türk filologiyası .öbəsində təhsil alan tələbələr üçün təqdim olunan bu kitab, müəllifin ilk monoqrafiyasıdır. Bu monoqrafiya oğuz qrupu Türk dillərinin tədqiqata çox ehtiyacı olan köməkçi nitq hissələri içərisində işlənmə mövqeyinə görə fərqlənən modal sözlərə həsr edilmişdir. Müəllif bu mövzu ilə əlaqədar çox dəyərli fikirlər irəli sürmüş və istədiyi nəticəyə nail olmuşdur. Kitabdan ziyalılarımız, magistrlər, doktorantlar və tədqiqatçılar faydalana bilər.

 

 

 

 

 

 

 


Çağdaş türk poeziyasında poetik problemlərin tədrisinə dair bəzi məsələlər. J.Əliyeva Azərbaycan Respublikası Təhsil Nazirliyinin 09.01.2014-cü il tarixli 06№li əmri ilə nəşr hüququ verilmişdir.Turxan, Bakı-2014 (metodik vəsait)

Annotasiyası

Metodik vəsaitdə sovet rejiminin bütün qadağalarına baxmayaraq Türkiyə Cumhuriyyətində yaranan poeziya nümunələrinin türk filologiyası şöbəsində təhsil alan tələbələ çatdırılması istiqamətində həyata keçirilən fəaliyyət xatırladılır, müasir türk ədəbiyyatının tədrisi ilə bağlı son nailiyyətlərdən söz açılır, çağdaş türk poeziyasında poetik problemlərin tədrisində diqqət edilməli olan nəzəri və praktik istiqamətlər müəyyənləşdirilir.

Metodik vəsait müasir türk poeziyasını tədris edənlər və tələbələr üçün nəzərdə tutulub.

 

 

 

 

 

 


Türk divan poeziyası: Qaynaqları və təşəkkülü.Ş.Qədimova“Elm və təhsil” Bakı-2014, 18 ç.v. (monoqrafiya)

 

Monoqrafiyada Türk divan ədəbiyyatının ilkin qaynaqları və təşəkkül dinamikası, onun estetik əsası müasir filologiya elminin elmi-nəzəri konsepsiyaları işığında araşdırılır.Türk divan ədəbiyyatının qaynaqları sırasında ilk növbədə folklor və epos mədəniyyəti, ümumtürk ədəbi irsi və klassik Şərq ədəbi ənənələri, sonra isə İslam maarifivə təsəvvüf dəyərləri nəzərdən keçirilir. Bütövlükdə, Türk divan ədəbiyyatının təşəkkül və təkamül prosesində iştirak edən qaynaqlar və dəyərlər bir-biri ilə qarşılıqlı əlaqə şəklində təhlil edilir.

 

 

 

 

 

 


Türk divan poeziyasının janrları Ş.Qədimova Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14.05.2014-cü il tarixli 585 saylı əmri ilə təsdiq edilmişdir. Elm və təhsil, Bakı-2014 (metodik vəsait)

 

Annotasiyası

 

Metodik vəsait Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsi türk filologiyası şöbəsinin bakalavr və magistr pillələri tələbələrinə müasir Türkiyə söz sənətinin sələfi Osmanlı-türk divan poeziyasının zəngin  janrlar sisteminin nəzəri tədrisi və praktik təlimi üçün nəzərdə tutulmuşdur. Kitabdan digər ali məktəblərin müvafiq fakültələrinin tələbələri, eləsə də türk divan ədəbiyyatı ilə maraqlananlar istifadə edə bilərlər.

 

 

 

 

 

 


Çoxkomponentli mü­rək­­­kəb cüm­lə­lə­r.(Müasir Azərbaycan dili materialları əsasında) Kəmalə Əhmədova. Bakı-2014, 148 səh.

Annotasiyası

Ümumi dilçiliyin son nailiyyətləri əsasında yazılmışdır. Ənənəvi və müasir sintaksis sahəsindəki görkəmli alimlərin araşdırmaları əsas götürülmüş, daha sistemli təsnifat verilmişdir. Dilçiliyin mübahisəli və az işlənmiş bir bölməsinə həsr edilmiş tədqiqat işi mürəkkəb cümlənin statusunun, sərhədinin təyin edilməsində önəmli yer alacağına inanırıq. Dərs vəsaiti ali məktəblərin bakalavr, magistr pillələri, müəllimləri üçün tövsiyə edilir.

 

 

 

 

 

 

 


Klassik türk poeziyasının qaynaqları Ş.Qədimova “Elm və təhsil” Bakı-2015, 11,5 ç.v. (dərs vəsaiti)

Annotasiyası

 

Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsi türk filologiyası şöbəsinin bakalavr və magistr pillələri tələbələri üçün nəzərdə tutlan dərs vəsaitində  klassik türk divan poeziyasının ilkin qaynaqları olan folklor və epos mədəniyyəti, ümumtürk ədəbi irsi, orta əsrlər türk şeirində klassik Şərq, xüsusən ərəb və fars bədii-estetik ənənələri, İslam maarifi və təsəvvüf dəyərləri nəzərdən keçirilir.

 

 

 

 

 

 

 


Türk divan ədəbiyyatı: poetik janrlar və bədii sənətlər Ş.Qədimova “Elm və təhsil” Bakı-2015, 8,5 ç.v. (monoqrafiya)

 

 

Monoqrafiyada türk divan ədəbiyyatının beyt və bənd əsasında yaranan şeir janrları və şəkilləri, zəngin bədii- poetik qəlibləri haqqında ümumi elmi-nəzəri mənzərə yaradılır, divan poeziyasına xas bədii obrazlar sistemi klassik ənənələrə uyğun şəkildə təsnif edilir, söz və məna gözəllikləri yaradan bədii vasitələr təqdim olunur.

 

 

 

 

 

 

 


Tərcümə nəzəriyyəsi və təcrübəsi. Əsgər Rəsulov. “Elm və təhsil”, Bakı-2015, 10ç.v. (dərs vəsaiti)

 

 

Dərs vəsaitinin məqsədi tələbələri tərcümə sənətinin mahiyyəti və linqvistik qanunauyğunluqları, nəzəriyyələri, növ və modelləri, tərcümə və tərcüməşünaslığın qısa tarixi haqqında məlumatlandırmaqdan ibarətdir. Kitabın praktik hissəsi qohum dillərdən tərcümə nəzəriyyəsi bazasıda müasir Azərbaycan dili və Türkiyə türkcəsinin materialları əsasında hazırlanmışdır.





 

 

 

 

 

 

Bookmark and Share