Homeaz | en | ru


1962-ci ildə Şərqşünaslıq fakültəsində 3 kafedra – Ərəb dili, Yaxın Şərq dilləri, Yaxın Şərq xalqları ədəbiyyatı tarixi kafedraları açılmışdır.

Uzun illər Ərəb dili kafedrasına müasir dövrdə Azərbaycanda ərəbşünaslığın banisi, 30-a yaxın dərsliyin müəllifi, əməkdar elm xadimi, professor Ələsgər Məmmədov başçılıq etmişdir.

1989-cu ilədək Yaxın Şərq dilləri kafedrasının müdiri isə bir sıra dərslik və dərs vəsaitlərinin müəllifi, orta əsr incilərindən olan «Kəlilə və Dimnə», «Qabusnamə», «Gülüstan», «Əxlaqi- Nasiri», «Baharıstan» və  «Siyasətnamə»ni Azərbaycan dilinə tərcümə etmiş əməkdar elm xadimi, professor Rəhim Sultanov olmuşdur.

Yaxın Şərq xalqları ədəbiyyatı tarixi kafedrasına isə müxtəlif illərdə Azərbaycanın hüdudlarından kənarda da tanınmış, fars ədəbiyyatının dərin bilicisi, İran poeziyasını ana dilimizə tərcümə etmiş kamil mütərcim, professor Mübariz Əlizadə, dünya şöhrətli görkəmli ədəbiyyatşünas, akademik Həmid Araslı, ərəbdilli Azərbaycan ədib və şairlərin ilk tədqiqatçısı professor Malik Mahmudov rəhbərlik etmişlər.

Hal-hazırda fakültədə 4 kafedra mövcuddur:

Ərəb filologiyası kafedrası  ([email protected])

İran filologiyası kafedrası   ([email protected])

Türk filologiyası kafedrası  ([email protected])

Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrası  (ushde @ bsu.edu.az)

 

Bookmark and Share