İsrail üzrə regionşünaslıq ixtisasının tələbələri Heydər Əliyev Mərkəzində olublar
28/03/2023Şərqşünaslıq fakültəsinin İsrail üzrə regionşünaslıq ixtisasının tələbələri Sami dilləri kafedrasının ibri dili üzrə müəllimi Gülər Qasımovanın müşayiəti ilə Heydər Əliyev Mərkəzində olublar. Tələbələr Ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, muzey kompleksi ilə tanış olublar.
