Şərqşünaslıq fakültəsinin Baku Book Center-də növbəti tədbiri keçirilib
12/04/2023
Şərqşünaslıq fakültəsinin "Qiraət" kitab klubunun Baku Book Center-də növbəti tədbiri baş tutub.
12 aprel 2023-cü il tarixində Şərqşünaslıq fakültəsinin "Qiraət" kitab klubunun Baku Book Center-də növbəti tədbiri baş tutub. Tədbir orta əsr ərəb ədəbiyyatına həsr edilib. Tədbirdə fakültə rəhbərliyi, moderator qismində professor Aida Qasımova, müəllimlər və ərəbşünas tələbər iştirak ediblər. Tələbələr orta əsr klassik ərəb ədəbiyyatının mötəbər əsərlərinə müraciət etməklə, çıxışlar ediblər. III kurs tələbələri Ağalarlı Şəfəq Əbul 'Alə Əl-Mə'arrinin "Risələt əl-Ğufran, Həsənova Gülbəs Bədi əz-Zaman Həmədaninin "Mosul məqaməsi", Eldarova Nəcimə İbn Həzmin- "Göyərçin boyunbağısı" adlı əsərlər barədə geniş məlumat veriblər. Çıxışlardan sonra suallar əsasında fikir mübadiləsi aparılıb. Suallar əsasında geniş izah və yanaşmalar səsləndirilib. Tədbirdəki tələbələrə Baku Book Center tərəfindən kitab hədiyyə edilib.








