Homeaz | en | ru

Şərqşünaslıq fakültəsində bədii qiraət müsabiqəsi keçirilib

25/05/2023
Şərqşünaslıq fakültəsində "Türk dili üzrə bədii qiraət müsabiqəsi" keçirilib.
25 may 2023-cü il tarixində Şərqşünaslıq fakültəsində Türk filologiyası kafedrasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasınnın 100 illiyinə həsr olunmuş “Türkcə bədii qiraət müsabiqəsi” keçirilib. Müsabiqədə Filologiya (türk dili və ədəbiyyatı) və Regionşünaslıq (Türkiyə üzrə) ixtisasları üzrə Azərbaycan və rus bölmələrində təhsil alan tələbələr iştirak ediblər. İlkin olaraq fakültənin dekanı, dos. Aydan Xəndan çıxış edərək, müsabiqənin əhəmiyyətindən danışmış, tələbələrə uğurlar diləyərək, tədbiri açıq elan etmişdir. Tələbələr fakültə dekanı, kafedra müdiri, müəllimlər və Yunis Əmrə İnstitutunun direktorunun yer aldığı jüri heyəti qarşısında ədəbi nümunələr səsləndiriblər. İyirmi çıxışçı arasından birinci kurs tələbəsi Firuzə Tağıyeva Can Yücelin “Bir Kadını Ağlatmak” şeiriylə 1-ci yerə, ikinci kurs tələbəsi Ləman Nəbiyeva Can Yücelin “Kendimden Özür Diliyorum” şeiriylə 2-ci yerə, üçüncü kurs tələbəsi Murad Abbasov Yahya Kemal Beyatlının “Sessiz Gemi” şeiriylə 3-cü yerə layiq görülüblər. Türk filologiyası kafedrasının müdiri, professor Rüfət Rüstəmov nəticələrlə bağlı qalibləri təbrik etmiş, hər kəsə uğurlar arzulamış, tələbələrə məsləhətlər vermişdir. Tədbirin təşkilində, xüsusilə tələbələrin hazırlanmasında fəaliyyət göstərmiş dos. Nurlanə Mustafayeva tələbələrə ürək sözlərini çatdırmış, uğurlar arzulamışdır.
Tədbirdə iştirak edən Yunus Emre İnstitutunun direktorü Selçuk Karakılıç müsabiqə ilə bağlı çıxış edərək, “Azərbaycan gəncliyinin zəkalı və ağıllı olduğunu, Azərbaycan xalqının özünə hörmət etməklə bərabər qarşısındakına da hörmət etməyi bacaran mədəni bir xalq olduğunu qeyd etmiş və türk dilinin gözəl ifadəsinə görə iştirakçılara təşəkkürünü bildirmişdir.

 

 

 

 

 

 

 

Bookmark and Share