Bakalavriatura üzrə (tədris işləri üzrə) dekan müavini filologiya üzrə fəlsəfə doktoru Tərlan Paşa oğlu Məlikovdur. O, 1987-ci ildə Bakı şəhərində anadan olmuş, 1993-2003-cü illərdə Bakı şəhəri T.Həsənov adına 23 saylı orta məktəbdə təhsil almışdır. 2004-2008-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində “ərəb dili və ədəbiyyatı” ixtisası üzrə bakalavr, 2008-2010-cu illərdə isə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi, magistratura pilləsində “Dilşünaslıq (ərəb dili)” ixtisaslaşması üzrə təhsil almış və magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir. 2012-2016-cı illərdə Bakı Dövlət Universiteti Ərəb filologiyası kafedrasının dissertantı olmuş və 2018-ci ildə “Ərəb dilində neologizmlər” adlı filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə etmişdir. 2011\2020-cı illərdə Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsi, tyutor, 2015\2018-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti üzrə SABAH qrupları üzrə koordinator kimi fəaliyyət göstərmişdir. 29 iyun 2010-cu ildə magistratura pilləsində təhsildə əldə etdiyi yüksək nəticələrə görə Bakı Dövlət Universitetinin rektoru, Əməkdar Elm Xadimi, akademik A.M.Məhərrəmov tərəfindən valideynə «Təşəkkür məktubu», 2010-cu ildə Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsi və AMEA-nın birgə keçirdiyi Aida İmanquliyevanın 71 illik yubileyinə həsr olunmuş “İlin ən yaxşı gənc alimi” müsabiqəsinin qalibi (II yer) olaraq təltif olunmuşdur.
