Homeaz | en | ru

Məlikov Tərlan Paşa oğlu


Şərqşünaslıq fakültəsinin Tədris işləri üzrə dekan müavini, filologiya üzrə fəlsəfə doktoru

Əlaqə telefonu:

+99412  539 11 42

malikovtarlan.i@bsu.edu.az

 

QISA BİOQRAFİK MƏLUMAT

  • 12 avqust 1987-ci ildə Bakı şəhərində anadan olmuşdur.
  • 1993-2003-cü illərdə Bakı şəhəri T.Həsənov adına 23 saylı orta məktəbdə təhsil almışdır.
  • 2003-2004-cü illərdə Bakı şəhəri 130 saylı orta məktəbdə təhsil almışdır.
  • 2004-2008-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində “ərəb dili və ədəbiyyatı” ixtisası üzrə təhsil almışdır.
  • 2008-2010-cu illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində “Dilşünaslıq (ərəb dili)” ixtisaslaşması üzrə təhsil almış və magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir
  • Аiləlidir, iki  övladı var

 

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

  • Magistr, filoloq - şərqşünas (Ərəb ölkələri üzrə)
  • 2012-2016-cı illərdə Bakı Dövlət Universiteti Ərəb filologiyası kafedrasının dissertantı olmuşdur.
  • 2018-ci ildə “Ərəb dilində neologizmlər” adlı filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə etmişdir.

 

ƏMƏK FƏALİYYƏTİ

  • 03 may 2011-cı il  Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsi, tyutor
  • 05 yanvar 2015-ci il  Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti üzrə SABAH qrupları üzrə koordinator
  • 17 sentyabr 2018-ci il  Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsi, tyutor
  • oktyabr, 2020 - bakalavriat üzrə dekan müavini

 

TƏDQİQAT SAHƏSİ

  • Ərəb filologiyası, ümumi dilçilik

 

BEYNƏLXALQ SEMİNAR SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAK

  • 27-28 iyun 2013-cü il, Bakı şəhəri, Azərbaycan Respublikası: Akademik Vasim Məmmədəliyevin anadan olmasının 70 illiyinə həsr olunmuş “Azərbaycan şərqşünaslıq elminin inkişaf yolları „ mövzusunda beynəlxalq elmi konfrans
  • 2014-cü il, Bakı şəhəri, Azərbaycan: Azərbaycanın görkəmli şərqşünas alimi, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın 75 illik yubileyinə həsr olunmuş  «Şərq xalqları ədəbiyyatı: ənənə və müasirlik» mövzusunda Beynəlxalq  elmi konfrans

 

RESPUBLİKADA KEÇİRİLMİŞ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANS­­LAR­­DA İŞTİRAK

  • 2010-cu il, Ümümmilli liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci il dönümünə həsr olunmuş gənc tədqiqatçıların ümumrespublika elmi konfransı
  • 2011-ci il, Azərbaycanın görkəmli şərqşünas alimi, əməkdar elm xadimi, professor Mübariz Əlizadənin 100 illik yubileyinə həsr olunmuş «Şərq filologiyasının aktual problemləri» mövzusunda respublika elmi konfransı
  • 14-15 noyabr 2012-ci il, Bakı Dövlət Universiteti: Görkəmli Azərbaycan alimi, Bakı Dövlət Universiteti İlahiyyat fakültəsinin dekanı, ərəb filologiyası kafedrasının müdiri, əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyevin 70 illik yubileyinə həsr olunmuş  «Şərqşünaslığın aktual problemləri» mövzusunda Respublika elmi konfransı
  • 8 may 2013-cü il, Bakı Dövlət Universiteti:  Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Şərqşünaslıq fakültəsinin gənc alim və magistrantların „şərq filologiyası məsələləri“ movzusunda Respublika elmi konfransı
  • 19-20 dekabr 2013-cü il, Azərbaycan Dillər Universiteti: Doktorantların və gənc tədqiqatçıların XVIII respublika elmi konfransı
  • 2014-cü il, Bakı Dövlət Universiteti:  Azərbaycanın görkəmli şərqşünas alimi, professor Aida İmanquliyevanın 75 illik yubileyinə həsr olunmuş  «Şərqşünaslığın aktual problemləri» mövzusunda Respublika elmi konfransı
  • 2014-cü il, Bakı Dövlət Universiteti: Azərbaycanın xalq yazıçısı, Respublika dövlət mükafatı laureatı, görkəmli dramaturq İlyas Məhəmməd oğlu Əfəndiyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı
  • 2015-ci il, Azərbaycan Milli Elmlər Akademiyası: AMEA-nın 70, Əlyazmalar İnstitutunun 65 illik yubileyinə həsr olunmuş, Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri mövzusunda XIV Respublika elmi konfransı

 

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Kitablar:

  • 2012, “Azərbaycanca-ərəbcə lüğət”in həmmüəllifi (dərs vəsaiti)

 

Məqalələr:

  • 2010, Ərəb dilçiliyində qrammatika məktəbləri // Bakı Dövlət Universiteti,   İlahiyyat  fakültəsi  elmi  məcmuəsi №13, Bakı 2010, s.151-156
  • 2010, Əndəlis qrammatika məktəbi və onun nümayəndələri // ADU Elmi Xəbərlər, №2, Bakı, s.159-163
  • 2011, Kitabul idrak fi lisanil ədrak // Bakı Dövlət Universiteti,   İlahiyyat  fakültəsi  elmi  məcmuəsi №16, Bakı 2011, s.253-258
  • 2013, Ədəbi dilin lüğət tərkibinin neologizmlər hesabına zənginləşməsi // Bakı Dövlət Universiteti,   İlahiyyat  fakültəsi  elmi  məcmuəsi №20,İSSN 2225-5567,  Bakı 2013, s.123-131
  • 2014, The richness of the vocabulary of the literary language due to the neologisms // İnternational journal of humanities and social science, center for promoting ideas, USA, Vol.4 No.5 march 2014, p.70-73 (Amerika Birləşmiş Ştatlarında çap olunub)
  • 2014,Ərəb dilində transliterasiya olunmuş abreviaturalardan ibarət neologizmlər // Journal of Qafqaz University, philology and pedagogy, international jornal, volume 2, number 2, publication of Qafqaz University, İSSN 2310-9009, Khirdalan 2014, s.174-178
  • 2015, Ərəb dilində neologizmləri əmələ gətirən ünsürlər // AMEA-nın, Əlyazmalar İnstitutu, Əlyazmalar yanmır, N-1, İSSN:2410-5600, Bakı – 2015, s.119-124
  • 2016, Ərəb dilində morfoloji üsulla əmələ gəlmiş neologizmlər // Bakı Dövlət Universiteti, Dil və ədəbiyyat jurnalı, beynəlxalq elmi-nəzəri jurnal, 2(98), İSSN 2218-7588, E-İSSN 2219-5313, Bakı-2016, s.5-9
  • 2016, Müasir ərəb ədəbi dilində neologizmlərin tədqiqi məsələsi // AMEA-nın Dilçilik İnstitutu, Terminologiya məsələləri jurnalı N:2, İSBN 5-8066-1711-4, Bakı-Elm-2016, s.187-196
  • 2016, Ərəb dilində semantik üsulla əmələ gələn neologizmlər // Bakı Universiteti xəbərləri, Humanitar elmlər seriyası 2, Bakı-2016, s.182-189
  • 2016, Ədəbi dilində söz və söz birləşmələrindən ibarət neologizmlərin meydana gəlməsi // Bakı Dövlət Universiteti, İlahiyyat  fakültəsi  elmi  məcmuəsi №26, İSSN 2225-5567,  Bakı, s.199-207
  • 2016, Особенности неологизмов в современном арабском языке // Науковий вісник Міжнародного гуманітарного університету. Серія: «Філологія», Одеса, s.30-33 (Ukrayna)
  • 2017, Neologizmlərin ərəb dilində sintaktik üsulla yaranması// Bakı Dövlət Universiteti, Dil və ədəbiyyat jurnalı, beynəlxalq elmi-nəzəri jurnal, 3(103), İSSN 2218-7588, E-İSSN 2219-5313, Bakı, s.26-30

Tezislər:

  • 2009, Əndəlis qrammatika məktəbi / «Şərq filologiyası məsələləri» mövzusunda elmi konfransın materialları, Bakı universiteti nəşriyyatı, Bakı, s.18-19
  • 2010, İbn Madda Əl-Qurtubi / Bakı Universiteti Şərqşünaslıq fakültəsinin magistr pilləsi üzrə «Şərq filologiyası məsələləri» mövzusunda elmi konfransın materialları, Bakı universiteti nəşriyyatı, Bakı, s.56-57
  • 2010, Əbu Həyyan Əl-Qərnəti Əl-Əndəlusi / Ümümmilli liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci il dönümünə həsr olunmuş gənc tədqiqatçıların ümumrespublika elmi konfransı, tezislər Qafqaz Universiteti nəşriyyatı, Bakı, 06-07 may, 2010-cu il, s.529
  • 2011, Son dövr Əndəlus dilçiləri / «Şərq filologiyasının aktual problemləri» mövzusunda respublika elmi konfransının materialları Bakı Universiteti nəşriyyatı, s.63-66
  • 2012, Ərəb dilçiliyində alınma sözlər / «Şərqşünaslığın aktual problemləri» mövzusunda Respublika elmi konfransının materialları, Bakı universiteti nəşriyyatı, 14-15 noyabr Bakı, s.112-113
  • 2013, Ərəb dilində neologizmlər haqqında ümumi məlumat /Doktorantların və gənc tədqiqatçıların XVIII respublika elmi konfransının materialları, ADU- Mütərcim, II cild, Bakı, s.213-215
  • 2013, Ərəb dilində semantik cəhətdən dəyişikliyə məruz qalan neologizmlər / “Şərq filologiyası məsələləri“ movzusunda elmi konfransın materialları, Bakı universiteti nəşriyyatı, 8 may, Bakı- 2013, s.6-7
  • 2013, Ərəb dilində neologizmlərlə bağlı bəzi məsələlər / “Azərbaycan şərqşünaslıq elminin inkişaf yolları„ mövzusunda beynəlxalq elmi konfrans materialları, AMEA-nın Şərqşünaslıq institutu, Bakı, s.119-120
  • 2014, Ərəb ədəbi dilində transliterasiya yolu ilə əmələ gəlmiş neologizmlər / «Şərqşünaslığın aktual problemləri» mövzusunda Respublika elmi konfransının materialları, Bakı Universiteti Nəşriyyatı, Bak, s.87-89
  • 2014, Ərəb ədəbi dilində neologizmlərin alınma amilləri / Azərbaycanın xalq yazıçısı, Respublika dövlət mükafatı laureatı, görkəmli dramaturq İlyas Məhəmməd oğlu Əfəndiyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş respublika elmi konfransının materialları, Elm və Təhsil jurnalı, Bakı, s.658-667
  • 2014, Ərəb dilində neologizmləri əmələ gətirən ünsürlər /«Şərq xalqları ədəbiyyatı: ənənə və müasirlik» mövzusunda Beynəlxalq  elmi konfransının materialları, Elm nəşriyyatı, Bakı, s.681-685
  • 2015, Ərəb dilində neologizmlərin geneoloji tərkibi və mənbələri / Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri mövzusunda XIV Respublika elmi konfransının materialları, Elm nəşriyyatı, Bakı 2015, s.210-213

 

TƏLTİFAT VƏ HƏVƏSLƏNDİRMƏLƏR

  • 29 iyun 2010-cu ildə magistratura pilləsində təhsildə əldə etdiyi yüksək nəticələrə görə Bakı Dövlət Universitetinin rektoru, Əməkdar Elm Xadimi, akademik A.M.Məhərrəmov tərəfindən valideynə «Təşəkkür məktubu»
  • 2010-cu ildə Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsi və AMEA-nın birgə keçirdiyi Aida İmanquliyevanın 71 illik yubileyinə həsr olunmuş “İlin ən yaxşı gənc alimi” müsabiqəsinin qalibi (II yer)
Bookmark and Share