Bakı Dövlət Universitetinin Elmi kitabxanasının Şərqşünaslıq fakültəsindəki «Azərbaycanşünaslıq və Şərq» şöbəsi Azərbaycan, Cənubi Qafqaz ölkələri, Mərkəzi Asiya, Cənubi-Şərqi Asiya, Yaxın Şərq və b. ölkələr haqqında ədəbiyyatla zəngin fonda malikdir.
Bu şöbədə Azərbaycan, Cənubi Qafqaz, Mərkəzi Asiya və Şərq ölkələrinin elminə, ədəbiyyatına, tarixinə, mədəniyyətinə, incəsənətinə və coğrafiyasına dair azərbaycan, rus, türk, ərəb, fars, ibri, urdu, yapon, çin, koreya, ingilis, fransız, alman və s. dillərində nadir nüsxəli kitab, jurnal, XIII və XVIII əsrlərə aid 94 əlyazma toplanmışdır.
Ən qədim əlyazmaları ərəb dilində Şeyx Hadinin «Şəriətin varisliyi üzrə cədvəl» (1308), Əlişir Nəvainin, Ömər Xəyyamın, Məhəmməd Fizulinin fars və ərəb dilində əlyazma kitablarıdır.
Şöbədə Azərbaycanın tarixi keçmişi və bu günü haqqında geniş məlumat verən çoxsaylı ədəbiyyat toplanmışdır.
«Azərbaycanşünaslıq və Şərq» şöbəsində «Əkinçi» qəzeti (1876-1877), «Fyuzat» (1906-1907, 1920-1921), «Füqəreyi Fyuzat» (1921), «Dəbistan» (1906-1910), «Molla Nəsrəddin» (1909-1930), «Zənbur» (1909-1910), «Babeyi-Əmir» (1915), «Tərbiyyət ətfəl» (1907), «Azərbaycan» və s. jurnallar saxlanılır.
«Azərbaycanşünaslıq və Şərq» fondunda Azərbaycan dilində mövcud olan jurnalların biblioqrafik təsviri elektron kataloqa daxil edilmişdir.
http://static.bsu.az/w20/KONFRANS.pdf
