Homeaz | en | ru

Şərqşünaslıq fakültəsi tələbələrinin elmi fəaliyyəti  və ictimai həyatı ilə Tələbə Elmi Cəmiyyəti, Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin Şərqşünaslıq fakültəsi üzrə sədri məşğul olur.

 

Tələbə Elmi Cəmiyyəti:


tələbələrin elmi işə marağını tənzimləyir;

tələbə elmi konfranslarının təşkilində iştirak edir;

Şərq ölkələri ilə bağlı müxtəlif diskussiyalar təşkil edir.

 

 

Tələbə Gənclər Təşkilatı:


tələbələrin sosial problemlərinin həllində iştirak edir;

tələbələrin asudə vaxtlarının maraqlı keçməsi üçün tədbirlər təşkil edir;

tələbələrin hüququnu müdafiə edir;

Şərq ölkələrinin səfirləri və nümayəndə heyətləri ilə görüşlərə tələbələri cəlb edir;

müxtəlif mərasimlərdə tələbələrin iştirakını təmin edir.

Bundan əlavə, fakültə tələbələri bir çox Şərq ölkələrinin mədəniyyət mərkəzləri ilə əlaqə saxlayırlar, məqalələr yazırlar, onlara mədəniyyət mərkəzləri tərəfindən sertifikatlar verilir.

Hazırda  Şərqşünaslıq fakültəsi Tələbə Gənclər Təşkilatının sədri  Cəfər Elçin oğlu Cəfərlidir.

 

Azərbaycan Respublikası Prezident Administrasiyası Rəhbərinin 2005-ci il 15 fevral tarixli 41№li Sərəncamına əsasən Azərbaycan Respublikasında bütün ali və orta ixtisas təhsil müəssisələrində gənclər və tələbələrlə işin təkmilləşdirilməsi məqsədi ilə Tələbə Gənclər Təşkilatları yaradılmışdır.

Digər fakültələr kimi Şərqşünaslıq fakültəsi də Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatında fəaliyyət göstərir. Fakültədə fakültə sədri, müavinlər və aktiv üzvlər olmaqla 10 nəfər tələbə fəaliyyət göstərir.

 

Tələbə Gənclər Təşkilatının əsasnaməsi:


Əlaqə vasitələri:

BDU  TGT ilə əlaqə:


Facebook: https://www.facebook.com/BDUTelebeGencler


Instagram: https://www.instagram.com/bdu_tgt


Twitter: https://www.twitter.com/tgtbdu


E-mail: bdutgt1@gmail.com


Youtube:https://www.youtube.com/channel/UC34KAvgpwzdQtooyGINpO_g


Telefon: +994125102587

 

 

 

Tələbə Həmkarlar İttifaqı Komitəsi:


tələbələrin asudə vaxtlarının maraqlı keçməsi üçün tədbirlər təşkil edir;

tələbələrin hüququnu müdafiə edir;

tələbə elmi konfranslarının təşkilində iştirak edir;

müxtəlif mərasimlərdə tələbələrin iştirakını təmin edir.

Tələbə Həmkarlar İttifaqı Komitəsinin Şərqşünaslıq fakültəsi üzrə idarə heyətinin sədri 2016-ci ildən BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin Şərqşünaslıq fakültəsi üzrə idarə heyətinin üzvü kimi qəbul olub və daha sonra universitetin ictimai-sosial həyatında aktiv iştirak etdiyi üçün 2018-ci ilin aprel ayından etibarən Tələbə Həmkarlar İttifaqı Komitəsinin fakültə üzrə sədri seçilmiş, 11 Aprel 2018-ci ildə isə prezident seçkilərində 30 nömrəli seçki məntəqəsində seçki katibi kimi fəaliyyət göstərmiş, habelə 2019 -cu ilin fevral ayında “İlin ən yaxşı tələbəsi” adına layiq görülmüş Babayev İbrahim Ehtibar oğludur.

 

Qeyd edək ki, 2010-cu ildə Şərqşünaslıq fakültəsinin tələbələrindən 6 nəfər Koreya Respublikasında, 3 nəfər Çin Xalq Respublikasında və 4 nəfər Yaponiyada 2-6 ay müddətində təcrübə keçmişlər.

 

 

 

 

Bookmark and Share