Tədris işləri üzrə dekan müavini filologiya üzrə fəlsəfə doktoru Tərlan Paşa oğlu Məlikovdur. O, 1987-ci ildə Bakı şəhərində anadan olmuş, 1993-2003-cü illərdə Bakı şəhəri T.Həsənov adına 23 saylı orta məktəbdə təhsil almışdır. 2004-2008-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində “ərəb dili və ədəbiyyatı” ixtisası üzrə bakalavr, 2008-2010-cu illərdə isə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi, magistratura pilləsində “Dilşünaslıq (ərəb dili)” ixtisaslaşması üzrə təhsil almış və magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir. 2012-2016-cı illərdə Bakı Dövlət Universiteti Ərəb filologiyası kafedrasının dissertantı olmuş və 2018-ci ildə “Ərəb dilində neologizmlər” adlı filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə etmişdir. 2011\2020-cı illərdə Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsi, tyutor, 2015\2018-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti üzrə SABAH qrupları üzrə koordinator kimi fəaliyyət göstərmişdir. 29 iyun 2010-cu ildə magistratura pilləsində təhsildə əldə etdiyi yüksək nəticələrə görə Bakı Dövlət Universitetinin rektoru, Əməkdar Elm Xadimi, akademik A.M.Məhərrəmov tərəfindən valideynə «Təşəkkür məktubu», 2010-cu ildə Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsi və AMEA-nın birgə keçirdiyi Aida İmanquliyevanın 71 illik yubileyinə həsr olunmuş “İlin ən yaxşı gənc alimi” müsabiqəsinin qalibi (II yer) olaraq təltif olunmuşdur.
Elmi işlər üzrə dekan müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Nigar Qüdrət qızı İsmayılzadədır. Nigar Qüdrət qızı İsmayılzadə 1973 –cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1980-ci ildə Bakı şəhərində 62 saylı orta məktəbə getmiş, 1990-cı ildə orta məktəbi bitirmişdir. 1990-cı ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Türk filologiyası şöbəsinə daxil olmuş, 1995-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1995-ci ildə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin Dillər kafedrasında saathesabı qaydada türk dili fənnini tədris etməyə başlamışdır. 1999-cu ildə həmin fakültəyə ştat üzrə müəllim vəzifəsinə keçmişdir. 2007-ci ildə “ Müasir Azərbaycan və türk poeziyasında sərbəst şeir ” (R.Rza və N.Hikmət yaradıcılığı əsasında) mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.2012-ci ildə dosent elmi adı almışdır. 2014 - cü ildən 2018-ci ilədək BDU İlahiyyat fakultəsində Bakalavr və Magistratura üzrə dekan müavini vəzifəsində işləmişdir. 2014-cü ildə “Türk xalqları ədəbiyyatı” ixtisası üzrə doktoranturaya qəbul olunmuşdur. 2018-ci ildən Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasında türk dilini tədris etməyə başlamışdır. 2020-ci ildə Şərqşünaslıq fakültəsində elmi işlər üzrə dekan müavini vəzifəsinə təyin olunmuşdur. 40-dan çox elmi məqalə, 22 konfrans materialı, 1 monoqrafiya, 1 dərs vəsaitinin, 1 metodik vəsaitin müəllifidir. “XIV-XVI əsr türk ədəbiyyatında ilahi eşq” mövzusunda doktorluq mövzusu üzərində çalışır.
Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Yusifli Şahin Kamal oğludur. O, 1998-2009-cı illərdə Bakı şəhəri Səbayıl rayonu Osman Mirzəyev adına 190 saylı orta məktəbdə təhsil almış, 2009-2013 - Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin “fars dili və ədəbiyyatı” ixtisası üzrə bakalavr, 2008-ci ildə isə “fars ədəbiyyatı” ixtisaslaşması üzrə magistratura pillələrini fərqlənmə diplomları ilə bitirmişdir. Şərqşünaslıq fakültəsi üzrə “İmpakt faktorlu və indekslənən jurnallar” üzrə məsul şəxs, Qazaxıstanın Əl-Farabi Universiteti yanında UNESCO-nun “Talleyrand” diplomatik klubunun fəxri üzvüdür. Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının (AGTA), ROTARY və Y-PEER Azərbaycanın üzvüdür.
Abbasova Nüşabə - akademik məsləhətçi
Mehdiyeva Bikəxanım - metodist
