Homeaz | en | ru


Filologiya elmləri doktoru, professor Əzizov Elxan Zəkəriyə oğlu 1970-ci ildə BDU Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib, AMEA-nın Şərqşünaslıq İnstitutunun ərəb ədəbiyyatı üzrə aspiranturasına daxil olmuş, 1974- ildə namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Həmin ildən Şərqşünaslıq fakültəsi Ərəb filologiyası kafedrasında müəllim, baş müəllim dosent vəzifələrində çalışmışdır.

Dosent E.Z.Əzizov 1991-1999-cu illərdə 2002-ci ildən indiyədək Şərqşünaslıq fakültəsinin dekananıdır. Ərəb dili ədəbiyyatı, Azərbaycan tarixi ədəbiyyatı, Azərbaycan-ərəb ədəbi əlaqələri ilə bağlı 40-dan çox elmi əsər yazmışdır. Akademik V.M. Məmmədəliyev haqqında kitabın «IX əsr ərəb poeziyasında Xürrəmilər hərəkatının əksi» adlı monoqrafiyanın müəllifidir.

1968-1969-cu illərdə Misirdə 1978-1982-ci illərdə Küveytdə mütərcim işləmişdir. Bakı, Tbilisi Moskvada keçirilmiş elmi konfranslarda məruzələrlə çıxış etmiş, Türkiyə, İran, Misir Koreya Rekspublikasında rəsmi nümayəndə heyətlərinin tərkibində olmuşdur.

Uzun müddət səmərəli elmi-pedaqoji fəaliyyətinə görə «Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi» döş nişanı ilə təltif edilmişdir.

Bookmark and Share