Yunus Əmrənin divanı yenidən Azərbaycan dilinə tərcümə olunaraq çap edilib
10/06/2022Türk dünyasının görkəmli təsəvvüf şairi Yunus Əmrənin Divanı “Aşk Denizi” adı altında Azərbaycan türkcəsi, ərəb, boşnak, alman, ingilis, ispan, fransız, yapon, polyak, qarqalpaq, qazax, koreya, macar, holland, özbək, rus, tatar dillərinə tərcümə olunaraq yenidən çap olunub. Əsəri Azərbaycan türkcəsinə Şərşünaslıq fakültəsinin Türk filologiyası kafedrasının dosenti, f.ü.f.d. Nurlanə Qasımlı Mustafayeva çevirmişdir. Kitabın redaktoru Varşava Universiteti Şərqşünaslıq Fakültəsi Türkoloji və Orta Asiya xalqları kafedrasının professoru Öztürk Emiroğludur.

