Yunis Əmrə İnstitutunun rəhbəri Şərqşünaslıq fakültəsində
06/04/201601 aprel 2016 -cı il tarixdə Türkiyə Respublikası Yunis Əmrə İnstitutunun rəhbəri cənab İbrahim Yılmaz Şərqşünaslıq fakültəsində qonaq olmuşdur. Fakültə dekanı prof. Elxan Əzizov türkiyəli qonaqla Şərqşünaslıq fakültəsinin tarixi keçmişi və bugünki fəaliyyəti, müasir dərs prosesi, Türkiyə üzrə regionşünas mütəxəssislərin hazırlanması haqda ətraflı danışmış, bu ildən müqavilə əsasında IV kurs tələbələrinin istehsalat təcrübəsi keçmək üçün Yunis Əmrə İnstitutuna göndəriləcəyini bildirmişdir. Səmimi şəraitdə keçən görüşdə cənab İbrahim Yılmaz Yunis Əmrə İnstitutunun Bakıdakı fəaliyyəti, keçirdiyi tədbirlər və bu il istehsalat təcrübəsi keçəcək tələbələrlə iş barədə geniş söhbət açmışdır. O, təmsil etdiyi qurumun Şərqşünaslıq fakültəsi ilə sıx əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirmişdir. Görüşdə dekan bakalavriatura üzrə müavini Cavanşir Məmmədzadə də iştirak etmişdir.
