Yeni cihazlar üçün razılığa gəlib
03/07/2015Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Yaponiyanın Tokio Boeki şirkətinin prezidenti Keiji Takigava və Ukrayna ofisinin icraedici direktoru Aleksey Şpakı qəbul edib.
Görüşdə universitet və Tokio Boeki şirkətinin əməkdaşlığından bəhs edilib. Məlum olub ki, BDU bu şirkətin ümumi dəyəri 1200000,0$ civarında yüksək ayrıdetmə qabiliyyətinə malik skanedici elektron mikroskopu və stolüstü rentgen difraktometrini alıb və yeni yaradılan Yuksək Texnologiyalar Mərkəzi üçün yeni avadanlıqların almasını nəzərdə tutur.
Görüşdə fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov və beynəlxalq əlaqələr departamentinin rəhbəri Gülheyran Rəhimova da iştirak edib.
