Homeaz | en | ru

Yaz imtahan sessiyasına hazırlıq məqsədilə tələbələrlə iclas keçirilib

31/05/2017

 

19 may 2017 -ci il tarixində tədris işləri üzrə dekan müavini Cavanşir Məmmədzadənin sədrliyi ilə yaz imtahan sessiyasına hazırlıq məqsədilə növbəli şəkildə tələbələrlə görüş keçirilmişdir. Görüşdə fakültənin Regionşünaslıq (ərəb ölkələri, İran, Türkiyə, Pakistan, İsrail, Yaponiya, Çin və Koreya üzrə) və Filologiya (Şərq dili və ədəbiyyatı) ixtisaslarının tələbələri iştirak etmişdir. Dekan müavini C. Məmmədzadə əvvəlcə tələbələri Rektorun “2017-ci il payız imtahan sessiyasının keçirilməsi haqqında” müvafiq əmrinin bir sıra bəndləri ilə tələbələri tanış etmişdir. Daha sonra müvafiq fənlər üzrə mənimsəmə və davamiyyət göstəricilərinin hesablanması, imtahanların təşkili, keçirilməsi, imtahan prosesinin gedişatı, imtahan suallarının cavablandırılması (nəzəri və texniki məsələlər), fənn proqramlarından istifadə, imtahan yazı işlərinin qiymətləndilməsi, qiymətləndilmə meyarları, appelyasiya komissiyalarının fəaliyyəti, appelyasiya komissiyalarına müraciət və s. məsələlər barədə tələbələr təlimatlandırılmışdır. İclas tələbələrin müxtəlif məzmunlu suallarının cavablandırılması ilə yekunlaşmışdır.

 

 

Bookmark and Share