Homeaz | en | ru

Yaz imtahan sessiyası davam edir

26/06/2017

 

2016-2017-ci tədris ilinin yaz imtahan sessiyasına 05 iyun tarixindən start verilib. Sessiyanın ayın 30-na kimi davam etməsi nəzərdə tutulub. Müvafiq kurslar üzrə keçirilən imtahanlarda fakültə üzrə 550 nəfər tələbə iştirak etmişdir. İmtahanların gedişinə rektorluq və dekanlıq tərəfindən xüsusi nəzarət edilir.  Bununla əlaqədar hər imtahan gününün sonunda dekanlıqda müzakirələr aparılır. Tələbələr arasında aparılan sorğu da fakültədə imtahanların təşkili, gedişi və nəticələrindən məmnunluq və razılığı göstərir.

Bookmark and Share