Homeaz | en | ru

Yaxın Şərq bu güт mövzusunda elmi - praktiki konfrans

01/05/2015

1may 2015 -ci il tarixində BDU- nun Şərqşünaslıq fakültəsində fakültə rəhbərliyi və Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə "Yaxın Şərq bu gün" mövzusunda elmi - praktiki konfrans keçirilimişdir. İclası giriş sözü ilə fakültənin dekanı E.Z.Əzizov açaraq Yaxın Şərq dövlətlərində mövcud siyasi - iqtisadi vəziyyət haqqında ümumi məlumat verərək konfrans iştirakçılarını salamlamış və onlara konfransın işində müvəffəqiyyət diləmişdir.

"Yaxın Şərq bu gün" mövzusunda elmi - praktiki konfransda Ərəb filologiyası şöbəsinin tələbələri N.İsmayılov, A.Əliyev, F.Sahibi, E.Vəlizadə, C.Nəsirov, S.Hüseynova,  İran filologiyası şöbəsinin tələbələri Ş.Yusiflı, M.Əsgərova, E. Zeynalov , K. Heydərov, Türk filologiyası şöbəsinin tələbəsi N. Xudiyeva  və digərləri maraqlı məruzələrlə cıxış etmişlər.

Sonda Elmi - Praktiki konfransın işini  bağlı elan edən Şərqşünaslıq fakültəsinin bakalavriat üzrə dekan müavini Cavanşir Məmmədzadə konfrans iştirakçıları, fakültə  TEC- in sədri Heybət Heybətova,  habelə fakültənin professor - müəllim heyətinə gələcək işlərində müvəffəqiyyət diləmiş və adı çəkilən tədbirlərin fakültənin elmi - mədəni həyatında əlamətdar hadisə olduğunun vurğulamışdır.

 

Bookmark and Share