Homeaz | en | ru

Yaponiyanın Tsukuba Universitetinin əməkdaşları Şərqşünaslıq fakültəsində

12/02/2016

22 yanvar 2016 -cı il tarixində tarixində Yaponiyanın Tsukuba Universitetinin əməkdaşları Şərqşünaslıq fakültəsində qonaq olmuşdur. Fakültə dekanı prof. Elxan Əzizovla görüşən qonaqlara Bakı Dövlət Universitetinin yaranması, Şərqşünaslıq fakültəsinin tarixi keçmişi və fəaliyyəti, dərs prosesi, Yaponiya üzrə regionşünas mütəxəssislərin hazırlanması barədə ətraflı məlumat verilmişdir. Səmimi şəraitdə keçən görüşdə Humanitar və sosial elmlər fakültəsinin prof. Toşinobu Usuyama Yaponiya- Azərbaycan əlaqələrindən geniş söhbət açmış, təmsil etdiyi Tsukuba Universitetindəki təhsil barədə danışmış, Şərqşünaslıq fakültəsi ilə sıx əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirmişdir. Daha sonra yaponiyalı müəllimlər Yapon dili linqofon kabinetində olmuş, tələbələrin təhsili və yapon dilinin tədrisi ilə yaxından maraqlanmışlar. Görüşdə dekan müavinləri C. Məmmədzadə A.Yəhyayev və Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının əməkdaşları iştirak etmişdir.







 

 

 

Bookmark and Share