Homeaz | en | ru

Yaponiya Səfirliyinin əməkdaşı Şərqşünaslıq fakültəsində

11/05/2016

06 may 2016-cı il tarixində Yaponiya Səfirliyinin Azərbaycandakı rəsmi nümayəndəsi, adminstrasiya şöbəsinin məsul işçisi Ayumi Mitsuhashi Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində olmuşdur. O, fakültədə Yaponiya üzrə regionşünaslıq ixtisasının tələbələrinə mühazirə oxumuşdur. Mühazirənin mövzusu "Qonaqpərvərlik- Yaponiya-Şərq  mədəniyyətinin bir qolu kimi" olmuşdur. Mövzu tələbələr tərəfindən maraqla qarşılanmışdır. Mühazirənin məqsədi Şərq ölkələri mədəniyyətinin ümumi cəhətlərini araşdırmaq, fərqli cəhətlərini isə tələbələrə yaxından çatdırmaq olmuşdur. Mühazirə diskussiya şəraitində keçmiş və görüşdə Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının yapon dili müəllimləri də iştirak etmişdir.

Bookmark and Share