Homeaz | en | ru

XXI Bakı Yapon dili Natiqlik Müsabiqəsi keçirilib

23/11/2022

Bakıda yapon dili üzrə təhsil alan tələbələrin, şagirdərin çıxışlarının XXI Bakı Yapon dili Natiqlik Müsabiqəsi 2022-ci ilin noyabr ayının 19-da Bakı Dövlət Universitetinin əsas binasının akt zalında keçirildi. Müsabiqənin təşkilatçısı Bakı Dövlət Universiteti, müsabiqəyə dəstək qismində Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyi, Bakıdakı Yaponlar Cəmiyyəti, sponsorluq qismində isə Yaponiyanın Bakıda fəaliyyət göstərən 3 şirkəti: ITOCHU, TOYOTA BAKU CENTER və TEPSCO iştirak etdilər. Müsabiqədə BDU-nun 6 , Azərbaycan Dillər Universitetinin (ADU) 6, Azərbaycan Diplomatik Akademiyasının (ADA) 1, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 1 və Qərbi Kaspi Universitetinin  1 tələbəsi iştirak etdilər.

Müsabiqəni təbrik nitqi ilə BDU-nun prorektoru prof. Hüseyn Məmmədov açaraq, müsabiqə iştirakçılarını universitetin rektoru adından təbrik edib iştirakçılara uğurlar arzuladı. Sonra Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Vada Cuniçi çıxış edərək, müsabiqənin təşkilinə görə BDU rəhbərliliyinə təşəkkür etdi və mütəmadi keçirilən müsabiqənin tələbələrin yapon dilini mənimsəmə səviyyəsinə müsbət  təsir etdiyini qeyd etdi.

Müsabiqənin nəticələri aşağıdakı kimi oldu:

1-ci yer ADA-nın tələbəsi – Rza Tamridi

2-ci yer BDU-nun tələbəsi Nozruzova Mədinə

3-cü yer AzMİU-nun tələbəsi Cəfərli Əsmər

4-cü yer BDU-nun tələbəsi Mehdiyeva İlayda

5-ci yer BDU-nun tələbəsi Bayramov Elşad

6-cı yer BDU-nun tələbəsi Əliyeva Ayşən

Müsabiqənin iştirakçılarına səfirliyin sertifikatları, qaliblərə isə sertifikatlar və  hədiyyələr təqdim edildi.

Müsabiqə başa çatdıqdan sonra münsiflər heyyətinin sədri cənab Vatanabe Akihisa çıxış edərək, iştirakşıları təbrik etdi, müsabiqə iştirakıçlarının səviyyəsinin yüksək olduğunu, bu səbəbdən qiymətləndirmənin çətinliyini qeyd etdi və növbəti müsabiqələrdə iştirakçıların hansı amillərə xüsusi diqqət yetirmələrini tövsiyyə etdi.

Sonra Şərqşünaslıq fakültəsinin dekanı dos. Aydan Xəndan çıxış edərək müsabiqə iştirakşılarını təbrik etdi və yarışın yüksək səviyyədə təşkil olunmasına görə BDU rəhbərliyinə və Yaponiyanın Azərbaycandakı səfirliyinə təşəkkür etdi.

Sonda Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri Oqtay Cəlilbəyli çıxış edərək növbəti XXI müsabiqənin yüksək səviyyədə keçirilməsinə görə BDU-nun rəhbərliyinə, Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyinə, Bakı Yaponlar Cəmiyyətinə, Bakıdakı Yapon şirkətləri: İTOCHU, TOYOTA BAKU CENTER və TEPSCO-ya , Şərqşünaslıq fakültəsinə və Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müəllim və tələbələrinə göstərdikləri fəaliyyət və dəstəyə görə dərin təşəkkürünü bildirdi.

Çixışlar bitdikdən sonra müsabiqə iştirakçıları, münsiflər heyəti, rəsmi qonaqlar  birlikdə xatirə şəkli çəkdirdilər.

 





 

 

Bookmark and Share