Homeaz | en | ru

Xarici dillərin tədrisi metodikası müzakirə edilib

10/02/2016

Bakı Dövlət Universitetində xarici dillərin tədrisi metodikası ilə bağlı seminar keçirilib. Seminarda yeni tədris və tədqiqat metodlarının tətbiqi, yeni sillabusların beynəlxalq təcrübəyə əsaslanaraq yaradılması, universitetin hazırlıq şöbəsinin nəzdində humanitar və texniki fənlərin öyrədilməsi prosesində xarici dillərin tədrisi metodikası müzakirə edilib.

Seminar Beynəlxalq departamentin dekanı Gülheyran Rəhimovanın rəhbərliyi altında universitetin qərb dillərini tədris edən müəllimləri Nilufər Mahmudova, Nigar Seyidova, Mənsurə Ağayeva, İlkanə İsmayılova, Mətanət Əliyeva, Fərəh Məmmədova tərəfindən  keçirilib.

Seminarda Azərbaycan dilini tədris edən müəllimlər də iştirak ediblər.

 

Bookmark and Share