“V Fars dili” olimpiadası
12/03/2016
27 fevral 2016 -cı il tarixində İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi və Şərqşünaslıq fakültəsinin birgə təşkilatçılığı ilə “5-ci Fars dili” olimpiadası keçirilmişdir. Olimpiada ibtidai, orta və ali səviyyələr üzrə 100 nəfər tələbənin iştirakı ilə təşkil olunmuşdu. Fənn olimpiadasında ölkənin bir sıra dövlət və özəl ali məktəblərinin tələbələri, eləcə də fars dilini fərdi şəkildə öyrənən şəxslər iştirak etmişdir. Tələbələrin biliyi fars dilinin qrammatikasına dair test tapşırıqları, imla, tərcümə və inşa mövzuları üzrə yoxlanılmışdır. Olimpiadanın nəticələri münsiflər heyəti tərəfindən qiymətləndirildikdən sonra mart ayının əvvəllərində açıqlanacaq.
