Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müəllimləri seminarda iştirak edib
15/11/2019Azərbaycan Dillər Universitetində Koreyaşünaslıq üzrə ilk elmi seminar keçirilib. Elmi seminarda Koreya dili, ədəbiyyatı, mədəniyyət və incəsənətinin tədrisi məsələləri müzakirə olunub. Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müəllimi Vüsalə Həsənova Koreya dilinin tədrisi problemləri barədə çıxış edib. Elmi seminarın işinə qatılan tələbələrin də rəy və təklifləri dinlənilib.
