Homeaz | en | ru

Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasında elmi seminar keçirilib

27/04/2022

Bakı Dövlət Universitetinin Şərqşünasıq fakültəsinin Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının 2022-ci il planı üzrə növbəti elmi seminarı keçirildi.

Seminarda kafedranın müəllimi Əhmədova Nailə Zakir qızı “Yapon dilində feil şəkillərinin struktur-qrammatik kateqoriyalarının araşdırılması” mövzusunda seminar keçdi. N.Əhmədova “Yapon dilində feil şəkillərinin struktur-qrammatik kateqoriyalarının araşdırılması” mövzusu ilə bağlı təqdimat etdi. Əsas olaraq bildirdi ki, Azərbaycan və yapon dillərinin materialları əsasında feilin şəkilləri və kateqoriyalarında müəyyən oxşarlıq vardır və yapon dilində feil şəkillərinin qrammatik kateqoriyaları araşdırmalara geniş material və maraqlı məlumat mövzusudur. Yapon dilində feilin şəkillərinin formaları, bir gədər Azərbaycan dili ilə oxşar olsa da, feilin ehtimal şəkli yapon dilində fərqlidir və eləcə də, Azərbaycan dili ilə bir gədər oxşar olan feilin qadağa şəkli ます/masu  formasının götürülüb, feilin lüğət formasına na―な sonluğu artırılaraq, bir gədər Azərbaycan dilindəki ma/mə, inkarlıq formasına oxsar cəhətləri vardır . Dilçilik nöqteyi-nəzərindən yapon dili Azərbaycan dili ilə həm feilin cümlədəki yeri, həm də feil şəkilləri baxımından müəyyən oxşarlığı, həm də sait, samitlərin sözlərdə ahəng qanununa oxşar strukturu cəhətindən maraq yaradır. Həmçinin nəzakətli danışıq formalarında bəzi hallarda feil cümlədə fərqli formalarda, eləcə də əsasından dəyişərək işlədilə bilər. Məruzəçi təqdimatda feilin şəkillərinin müəllif linqvistik araşdırmalarının nəticəsini cədvəl və sxemlərlə vermişdir.

Elmi seminar iştirakçılar tərəfindən maraqla qarşılandı və tədqiqatçı verilən sualları cavablandırdı.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bookmark and Share