Homeaz | en | ru

Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasında elmi seminar keçirilib

22/04/2022

Şərqşünaslıq fakültəsində “Yapon dilində feilin icbar növünün müqayisəli tədqiqi” mövzusunda elmi seminar keçirilmişdir. Seminarın məruzəçisi Şərqşünaslıq fakültəsinin Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müəllimi Şəbnəm Mirqədirova çıxışında bildirmişdir ki, seminar yapon dilində feil növlərinin istifadəsinin əsas incəliklərinə, yəni yapon  dilində felin aspekt formalarının təsnifatına yönəlib. Məruzəçi yapon dilində də feil növlərinin özünün spesifik dil qaydalarının mövcud olmasından bəhs etmişdir. Elmii seminarda geniş və aydın formada felin icbar növünün düzəlmə qaydaları, onların işlənmə yerləri slaydlarla nümayiş etdirilmişdir. Həmçinin Azərbaycan dili ilə aydın formada verilən müqayisəli metodla izah mövzunun daha anlaşıqlı olmasına zəmin yaratmişdir. Seminarda hər iki dilin oxşar cəhətləri olduğu kimi, fərqli cəhətləri də müzakirə olunmuşdur.

Elmi seminar kafedranın müəllim və tələbə, magistr heyətinin diskussiyaları ilə davam etmişdir.

 

 

 

Bookmark and Share