Homeaz | en | ru

Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrası onlayn dərsləri davam etdirir

27/04/2020

 

01 aprel 2020-ci il tarixindən Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının əməkdaşları tədrisi onlayn (məsafədən) formada həyata keçirir. Tədris bakalavriatura və magistratura təhsil pillələrinin “Regionşünaslıq” ixtisası üzrə aparılır. Professor-müəllim heyəti hər gün dərs cədvəlinə müvafiq “Microsoft Teams” platforması vasitəsilə Azərbaycan və rus bölmələri üzrə “Yapon dili”, “Koreya dili”, “Çin dili”, “Yapon ədəbiyyatı”, “Mənbəşünaslıq”, “Mətnşünaslıq” fənlərindən aktiv dərsləri davam etdirir. Mühazirə, məşğələ və digər dərs materialları “Microsoft Teams” vasitəsilə tələbələrə ötürülür. Distant formada keçirilən dərslərin video qeydiyyatı aparılır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bookmark and Share