Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasında elmi seminar keçirilib
17/10/2022Şərqşünaslıq fakültəsində Uzaq Şərq dilləri və ədəbiyyatı” kafedrasında elmi seminar keçirilmişdir. Məruzəçi Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müəllimi, ÇXR-dən müqavilə əsasında ezam olunmuş, Çin Beynəlxalq Təhsil və Əməkdaşlıq Fondunun Çin dili mütəxəssisi Yeerlan Azhati ” Bakı Dövlət Universitetində Çin dilinin tədrisinin cari vəziyyətinin analizi və perspektivləri” mövzusunda çıxış etmişdir. Yeerlan Azhatinin məruzəsi Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasında birillik tədris fəaliyyətinin analizinə və təcrübə mübadiləsinə həsr olunmuşdur. Məruzəçi çıxışında çin dilinin tədirisində istifadə edilən metodlar məsələsinə toxunmuş, tələbələrin dil dərslərinə olan marağını artırmaq üçün fikirlərini söyləmişdir.
