Homeaz | en | ru

Urdu dili şöbəsinin yaranmasının 20 illiyi münasibətilə elmi-praktik konfrans keçirilib

19/04/2022

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində Urdu dili şöbəsinin yaranmasının 20 illiyi münasibətilə elmi-praktik konfrans keçirilib.

Tədbirdə iştirak edən BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov Urdu dili şöbəsinin yaranmasının 20 illik yubileyi münasibətilə Şərqşünaslıq fakültəsinin müəllim və tələbə heyətini təbrik edib, Azərbaycan-Pakistan dostluq əlaqələrindən, elm və təhsil sahəsində aparılan ikitərəfli danışıqlardan söz açıb.

Fakültənin dekanı Aydan Xəndan şöbənin fəaliyyətinə uğurlar arzu edib, şərqşünas alim və tələbələri yubiley münasibətilə təbrik edib.

Şərqşünaslıq fakültəsinin elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə Urdu dili şöbəsinin yaranma tarixi və ötən müddətdə görülmüş işlər haqqında geniş məlumat verib. Qeyd edib ki, 2001-ci ildən fəaliyyət göstərən Urdu dili şöbəsi İran filologiyası kafedrasının tərkibində fəaliyyət göstərir. Şöbə fəaliyyətə başladığı dövrlərdə Urdu dili və ədəbiyyatı ixtisası üzrə kadrlar hazırlanıb. Lakin son on ildə bakalavr pilləsində Pakistan üzrə regionşünaslıq ixtisası üzrə də kadrlar hazırlanmaqdadır. Magistratura pilləsi üzrə isə Dilçilik (Urdu dili) və Ədəbiyyatşünaslıq (Urdu ədəbiyyatı) ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir. Şöbədə Urdu dili, Urdu ədəbiyyatı, Pakistan tarixi, Pakistan etnoqrafiyası, Pakistanın mədəniyyəti və incəsənəti fənləri tədris olunur. Həmçinin urdu dili və ədəbiyyatının aktual problemləri üzrə tədqiqat işləri aparılır.

Konfrans öz işini məruzələrlə davam etdirib. Fakültənin əməkdaşları Eldost İbrahimov “Urdu dilində işlənən fars mənşəli sözlərin məna dəyişiklikləri”, Amalya Paşayeva “Hind-İran dillərində sonqoşmalar”, Aygün Aslan “Məhəmməd İqbalın yaradıcılığı”, Şahin Yusifli “Fars-urdu dil əlaqələrinin tarixi kökləri” mövzularında məruzələrlə çıxış ediblər.
Tədbirin sonunda Reqionşünaslıq (Pakistan üzrə) ixtisasının tələbələri urdu dilində şeirlər səsləndiriblər.

Xəbərlər

Elan

Elan
21/04/2022

BDU-da Ag nanonaqillərin enerji sistemlərində tətbiqinə dair seminar

BDU-da Ag nanonaqillərin enerji sistemlərində tətbiqinə dair seminar
21/04/2022

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub
21/04/2022
Bookmark and Share