UNUTMARIQ, UNUTDURMARIQ
20/01/2021
UNUTMADIQ!
20 yanvar hadisələri azərbaycan xalqına qarşı törədilmiş cinayətdir. 20 yanvar unudulmaz tarixdir. 20 yanvar hadisələrinin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həm rəmzi mənası,həm də fenomenal rolu oldu. 20 yanvar faciəsinin yaratdığı ictimai-siyasi reallıq süqutu yaxınlaşan SSRİ-də və beynəlxalq arenada formalaşan geosiyasi situasiya fonunda əvvəlcə Azərbaycan SSR-də,sonra müstəqil Azərbaycanda zəncirvari tarixi proseslərə təkan verdi. Həmçinin 20 yanvar hadisələri Azərbaycan xalqının milli məfkurəsinin inkişafına böyük təkan vermişdir. Ulu öndərin mərdliyi və siyasi iradəsi sayəsində 20 yanvar hadisələri öz hüquqi və siyasi qiymətini almışdır.
Azərbaycan xalqının xilaskarı Ulu Öndər Heydər Əliyevin Moskvada səslənən etirazı.. Azvərbaycan xalqının başına gətirilən qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən, təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli lider Heydər Əliyev oldu. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi, ifşaedici və cəsarətli bir bəyanat verdi.20 Yanvar hadisələrinə ilk hüquqi qiymətin verilməsi Ümummilli lider Heydər Əliyevin siyasi iradəsinin nəticəsidir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Gəncliyimiz tarixi həqiqətləri bilməlidir. Gəncliyimizə hər zaman nur saçan Azərbaycan respublikasının prezidenti İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir.
Azərbaycan xalqı və dövləti 20 yanvar şəhidlərinin xatirəsini daima uca tutur. Azərbaycan xalqının başına mənfur düşmənlər tərəfindən bir çox müsibətlər gəlib, amma Azərbaycan xalqı hər zaman bu müsibətlərin öhdəsindən gəlib. Biz gənclərin unutmayacağımız bir məsələ budur ki, xalqımızın başına gətirilən bu müsibətlər hər zaman Azərbaycan xalqının ürəyində yara kimi qalmışdır. Lakin müzəffər Ali Baş Komandan İlham Əliyev uğurlu siyasəti nəticəsində illərdir ürəyimizdə yara bağlayan dərdimiz, Qarabağ dərdimiz, 20 yanvar dərdimiz sağaldı. Müzəffər ordumuz bizə Ali Baş Komandanın rəhbərliyi ilə qələbə yaşatdı və bu qələbə əbədi qələbəmizdir. Azərbaycan gəncliyi olaraq Azərbaycan xalqına qarşı törədilmiş bu cinayəti tarix boyu
UNUTMARIQ, UNUTDURMARIQ!
İmran Sayilov
Regionşünaslıq (ərəb ölkələri üzrə) ixtisasının IV kurs tələbəsi, YAP Yasamal Rayon Təşkilatı Gənclər Birliyinin üzvü

