Homeaz | en | ru

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı Proqram Koordinasiya Ofisinin əməkdaşları Şərqşünaslıq fakültəsində

29/06/2016

28 iyun 2016 -cı il tarixində Türkiyə Respublikası Baş Nazirliyinin Türk Əməkdaşlıq və  Koordinasiya Agentliyinin Bakı Proqram Koordinasiya Ofisinin əməkdaşları ofis rəhbəri Mustafa Haşim Polat başda olmaqla Şərqşünaslıq fakültəsində olmuşdur. Qonaqlar fakültə dekanı prof. Elxan Əzizov və Türk filologiyası kafedrasının müdiri prof. Rüfət Rüstəmovla görüşmüşdür. Prof. Elxan Əzizov Şərqşünaslıq fakültəsinin yaranma və inkişaf tarixindən ətraflı bəhs etmiş, prof. Rüfət Rüstəmov isə Azərbaycanla Türkiyə arasındakı ədəbi-mədəni əlaqələrdən, elmi əməkdaşlıqdan, o cümlədən Türk filologiyası kafedrasının professor-müəllim heyətinin elmi-pedaqoji fəaliyyətindən danışmışdır. Türkiyəli qonaqlara BDU-nun Şərqşünaslıq və digər fakültələrində türk dili və ədəbiyyatının tədris səviyyəsi və bu sahələrdə aparılan elmi araşdırmalar barədə məlumat verilmişdir.






Bookmark and Share