Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı Proqram Koordinasiya Ofisinin koordinatoru Şərqşünaslıq fakültəsində
01/03/201601 mart 2016 -cı il tarixində Türkiyə Respublikası Baş Nazirliyinin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı Proqram Koordinasiya Ofisinin koordinatoru Mustafa Haşim Polat Şərqşünaslıq fakültəsində olmuşdur. O, fakültə dekanı prof. Elxan Əzizov və Türk filologiyası kafedrasının müdiri prof. Rüfət Rüstəmovla görüşmüşdür. Prof. Elxan Əzizov Şərqşünaslıq fakültəsinin yaranma və inkişaf tarixindən ətraflı bəhs etmiş, prof. Rüfət Rüstəmov isə Azərbaycanla Türkiyə arasındakı ədəbi-mədəni əlaqələrdən, elmi əməkdaşlıqdan, o cümlədən Türk filologiyası kafedrasının professor-müəllim heyətinin elmi-pedaqoji fəaliyyətindən danışmışdır. Türkiyəli qonaq türk dili və ədəbiyyatının Şərqşünaslıq fakültəsində yüksək səviyyədə tədris olunmasından və bu sahələrdə dəyərli elmi araşdırmaların aparılmasından fərəh hissi keçirdiyini vurğuladı. Görüşün sonunda tərəflər bir-birinə xatirə hədiyyələri təqdim etdilər.
