Homeaz | en | ru

Türk filologiyası kafedrasının müəllimi 7-ci Beynəlxalq Nyu York konfransında məruzə ilə çıxış edib

18/10/2022

Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasının müəllimi filologiya üzrə fəlsəfə doktoru Bənövşə Hacıyeva Nyu Yorkda onlayn formatda keçirilmiş “Fənlərarası Tədqiqat və Təcrübələrdə İnkişaf Tendensiyaları”na həsr olunmuş 7-ci Beynəlxalq Nyu York konfransında iştirak etmiş və  “Lexical-semantic and grammatical features of idiomatic expressisons in Turkish language“  (“Türkiyə Türkcəsində idiomatik ifadələrin leksik-semantik və morfoloji xüsusiyyətləri”) mövzusunda məruzə ilə çıxış etmişdir.

Məruzədə idiomatik ifadələrin formalaşması prosesi təhlil edilmiş, struktur formaları müəyyənləşdirilmişdir. Məruzəçi məcazi mənaların formalaşması ilə əlaqədar olaraq idiomatik ifadələrin tarixi hadisələr, məişət hadisələri, su, torpaq və s. məfhumlar ilə bağlı növlərini təsrif etmişdir. Türk və Azərbaycan dillərində idiomatik ifadələrin xüsusiyyətləri ilə bağlı müqayisələr aparılmış və nümunələrlə əsalandırılmışdır.

 

 

Bookmark and Share