Türk filologiyası kafedrasının dosenti Azərbaycan Yazıçılar Birliyinə üzv seçilib
22/11/2019Türk filologiyası kafedrasının dosenti Aydan Rəfiq Zəka qızı Xəndan Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilib. Türk ədəbiyyatı tarixi fənninin tədrisi ilə məşğul olan Aydan Xəndan Azərbaycan, türk və rus dillərində şeirlər yazır. O, türk şairlərinin şeirlərini doğma dilimizə, rus ədiblərindən Puşkin, Lermontov, Yesenin, Axmatova, Tsvetayeva və başqalarının əsərlərini Azərbaycan və türk dillərinə çevirmişdir. Şairənin sözlərinə onlarla mahnılar bəstələnib. Xalq artisti Brilyant Dadaşova, Zamiq Hüseynov, Günay İbrahimli, “Bənövşə” uşaq xoru və başqaları Aydan Xəndanın sözlərinə yazılmış mahnıları ifa ediblər.
Fakültənin müəllim və tələbə kollektivi adından Aydan xanımı bu münasibətlə ürəkdən təbrik edir, ona gələcək elmi-pedaqoji və ədəbi fəaliyyətində böyük-böyük uğur və nailiyyətlər diləyirik!
