Türk filologiyası kafedrası üzrə buraxılış işlərinin ilkin müzakirəsi keçirilib
22/06/2017
19 iyun 2017 -ci il tarixində Türk filologiyası kafedrası üzrə buraxılış işlərinin ilkin müzakirəsi keçirilib. İclası giriş sözü ilə kafedra müdiri professor Rüfət Rüstəmov açaraq, buraxılış işi və onun qiymətləndirmə meyarları haqqında “Əsasnamə” və diplom işlərinin tərtibi qaydaları barədə danışmışdır. 2016-2017-ci tədris ilində Türk filologiyası kafedrası üzrə 6 nəfər dörüdüncü kurs tələbəsinin elmi-tədqiqat işlərinin ilkin müzakirəsi keçirilib. Müzakirələrdə tələbələrin elmi rəhbər və rəyçilərinin buraxılış işləri barədə fikirləri dinlənilmişdir. Tələbələr tədqiqat işləri haqqında ətraflı çıxış etmişlər.
İclasın sonunda yaradılmış komissiyasının yekun qərarı əsasında hər bir tələbənin buraxılış işi əlli ballıq sistem əsasında qiymətləndirilmişdir. Komissiyanın fəaliyyətində fakültə dekanı prof. E.Əzizov və bakalavriatura üzrə dekan müavini C.Məmmədzadə də iştirak etmişdir.
