Türk filologiyası kafedrası onlayn dərsləri davam etdirir
06/05/2020
01 aprel 2020-ci il tarixindən Türk filologiyası kafedrasının əməkdaşları tədrisi onlayn (məsafədən) formada həyata keçirir. Professor-müəllim heyəti hər gün dərs cədvəlinə müvafiq “Microsoft Teams” platforması vasitəsilə Azərbaycan və rus bölmələri üzrə “Türk dili”, “Türk ədəbiyyatı”, “Türk filologiyasına giriş”, “Tərcümə nəzəriyyəsi”, “Türk ədəbiyyatı nəzəriyyəsi”, “Türkiyə etnoqrafiyası” və sair fənlərdən aktiv dərsləri davam etdirir. Mühazirə, məşğələ və digər dərs materialları “Microsoft Teams” vasitəsilə tələbələrə ötürülür. Distant formada keçirilən dərslərin video qeydiyyatı aparılır.
