Türk filologiyası kafedrasının əməkdaşlarının yeni tədris-metodik vəsaiti işıq üzü görüb
17/12/2019Türk filologiyası kafedrasının müdiri professor R.Ə.Rüstəmov və dosent B.N.Haciyevanın ”Ölkəşünaslıq” adli yeni tədris-metodik vəsaiti işıq üzü görüb. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasında hazırlanmış bu vəsait ikinci kurs türk dili ve ədəbiyyatı bölməsinin bakalavr pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulub. Tədris-metodik vəsaitin məqsədi tələbələrə dilini öyrəndikləri Türkiyə Respublikasının tarixi-coğrafi, siyasi və inzibati quruluşu, dövlət idarəçiliyi, iqtisadiyyatı, mədəniyyəti və s. kimi müxtəlif sahələri haqqında yığcam məlumat vermək, kompleks biliklər formalaşdırmaqdan ibarətdir. Bu tədris metodik vəsaitdən təhsilin bakalavr pilləsində təhsil alan tələbələr, eləcə də magistrlər, habelə Türkiyə Cümhuriyyəti haqqında ətraflı məlumat əldə etmək istəyən şəxslər də faydalana bilərlər.
Müəllifləri ürəkdən təbrik edir və onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzu edirik.
