Tələbəmiz birincilik qazanıb
15/04/2019
Bakı Dövlət Universitetində Koreyanın Azərbaycandakı Səfirliyi ilə birgə 9-cu Koreya dili üzrə nitq müsabiqəsi keçirilib. Müsabiqəyə Bakı Dövlət Universitetindən 7, Azərbaycan Dillər Universitetindən 1, Naxçıvan Dövlət Universitetindən 1 və Azərbaycan Texnologiya Universitetindən 1 tələbə qatılıb. Tələbələrin çıxışlarına baxış keçirildikdən sonra qaliblər müəyyənləşib. Birinci yerə Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin “Regionşünaslıq (Koreya üzrə) ixtisasının 3- cü kurs tələbəsi Novruzəli Böyükağa oğlu Sadıxlı layiq görülüb.
