Tələbəmiz uğura imza atıb
06/12/2019
“Regionşünaslıq (Koreya üzrə)” ixtisasının II kurs tələbəsi Zərbəyim Həsənova Korayanın “Secong” elm təşkilatının Azərbaycanda keçirdiyi danışıq müsabiqəsində birinci yer tutub. Bununla əlaqədar olaraq, Koreya Respublikasında əlaçı tələbələr üçün təşkil olunmuş kurslarda iştiraka dəvət alıb. Təlimə dünyanın 44 ölkəsindən 147 nəfər tələbə qatılıb. İştirakçılar Concu və Seul şəhərlərində Koreya tarixi, mədəniyyət və incəsənəti, mətbəxi, koreyalıların adət-ənənəsi və milli oyunları ilə yaxından tanış olublar. Onlara Koreya milli rəqsləri, zərb alətlərində ifa öyrədilib. Kursu uğurla başa vuran tələbələrə sertifikat verilib
