Homeaz | en | ru

Tələbələrinin “İxtisas dili” fənnindən kurs işi layihələrinin təqdimatı (müdafiəsi) keçirilib

30/12/2019

Şərqşünaslıq fakültəsinin “Regionşünaslıq (ərəb ölkələri, İran, Türkiyə, Pakistan, İsrail, Yaponiya, Çin və Koreya)” və “Tərcümə (ərəb dili / fars dili)”  ixtisasları üzrə təhsil alan tələbələrin “İxtisas dili” fənnindən kurs işi layihələrinin təqdimatı (müdafiəsi) keçirilib. Ərəb filologiyası kafedrasının müdiri dosent Vüqar Qaradağlı, İran filologiyası kafedrasının müdiri professor Mehdi Kazımov, Türk filologiyası kafedrasının müdiri professor Rüfət Rüstəmov və Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri professor Oqtay Cəlilbəylinin sədrliyi ilə keçirilən müdafiə komissiyalarının hər birində “İxtisas dili”nin fonetika, leksikologiya, morfologiya və sintaksisinə dair müxtəlif məzmunlu məruzələr dinlənilib. Kurs işi layihələrinin təqdimatında müasir texniki-innovativ vasitələrdən istifadə olunub. Hər bir tələbənin kurs işi layihəsi müdafiə komissiyalarının yekun qərarı ilə on ballıq sistem əsasında qiymətləndirilib. Komissiyaların fəaliyyətində fakültə dekanı professor Elxan Əzizov və tədris işləri üzrə dekan müavini Cavanşir Məmmədzadə də yaxından iştirak edib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bookmark and Share