Tələbələrimiz Əlyazmalar İnstitutunda seminarda iştirak ediblər
25/02/2020Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2020-ci ilin “Könüllülər İli” elan olunması ilə bağlı fevralın 24-də AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda əlyazmaların tanınması və toplanması mövzusunda seminar keçirilib. Seminarda Şərqşünaslıq fakültəsinin Tərcümə (fars dili) üzrə ixtisasının tələbələri də iştirak ediblər. İştirakçılara qədim kitab emalı üsulları, əlyazmaların xüsusiyyətləri, məxsus olduqları dövrlərin aşkar edilməsi, onların saxlanma və toplanma yolları haqqında ətraflı məlumat verib. İştirakçı tələbələr əlyazmaların əldə olunması, qorunması və işlənilməsi istiqamətində olan məsələlərlə tanış olublar.
