Tələbələrimiz bilik yarışmasında iştirak edib
06/11/2019
Koreya Fondunun maliyyə dəstəyi ilə 1 noyabr tarixində Regionşünaslıq (Koreya üzrə) ixtisasının tələbələri ADU-da keçirilən “Koreyaşünaslıq” üzrə 2-ci viktorina yarışmasında iştirak ediblər. Yarışda fakültəni 7 nəfər tələbə təmsil edib. Müsabiqənin nəticələrinə əsasən regionşünaslıq (Koreya üzrə) ixtisasının III kurs tələbəsi Leyla Əhmədova 2-ci yeri, II kurs tələbəsi Zərbəyim Həsənova isə 4-cü yeri təmin etmiş, digər tələbələrimiz isə həvəsləndirici yerlərlə yarışı başa vurmuşlar
