Tələbələrimiz birincilər sırasında
16/10/2017Bakı Dövlət Universitetinin Konfutsi İnstitutunun keçirdiyi "Çin heroqlifi" müsabiqəsinin qalibləri Regionşünaslıq (Çin üzrə) ixtisasının 4-cü kurs tələbələri Ruhəngiz Həmidli və Nargilə Babayeva olmuşdur. Bu münasibətlə keçirilən görüşdə fakültə dekan professor Elxan Əzizov tələbələri və onların Çin dili müəllimi Naliman Mahatini təbrik etmiş, gələcək fəaliyyətlərində uğurlar diləmişdir. Qaliblərə və Naliman Mahatiyə “Təşəkkürnamə” təqdim edilmişdir.
