Tələbələrimiz “ağacəkmə” aksiyasında iştirak ediblər
14/11/201911.11.2019-cu il tarixində Heydər Əliyev Fondu tərəfindən Bakının Xətai rayonunda salınan yeni “Gənclik” parkında “Təbiət naminə birləş! Həyat naminə birləş!” layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilib. Şərqşünaslıq fakültəsinin tələbə və müəllim heyəti də ağacəkmə aksiyasında iştirak ediblər. Aksiyada fakültənin “Regionşünaslıq (ərəb ölkələri, Koreya, Pakistan, Türkiyə)” üzrə, Filologiya (fars və türk dili və ədəbiyyatı), Tərcümə (fars dili üzrə) ixtisaslarının tələbələri geniş heyətlə təmsil olunaraq, fakültə üçün təyin edilmiş yerdə küknar ağacları əkiblər. Tələbələr geniş sahənin yaşıllaşdırılmasına fəal iştirak edərək, aksiyanın fəaliyyətinə töhvə veriblər.
