Bakı Dövlət Universiteti

Homeaz | en | ru

Tələbələr Misir Ərəb Respublikasının Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində

04/06/2018

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin regionşünaslıq (ərəb ölkələri) ixtisası üzrə birinci kurs tələbələri Ərəb filologiyası kafedrasının baş müəllimi f.ü.f.d. Könül Eyvazovanın rəhbərliyi ilə Misir Ərəb Respublikasının Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində olmuşlar.

Mərkəzdə əvvəlcə tələbələrə Misir Ərəb Respublikası ilə bağlı film nümayiş etdirilmiş, daha sonra isə Misir Ərəb Respublikasının Azərbaycandakı Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi Mərkəzin fəaliyyəti, yaranma tarixi, həyata keçirilən işlər barədə məlumat vermişdir. Ərəb ölkələri ilə Azərbaycan arasında əlaqələrin günü-gündən genişlənməsi, ərəb dilinin əhəmiyyəti, ərəb dilini yaxşı bilən mütəxəssislərə təlabatın artdığını qeyd edən natiq daha sonra tələbələri maraqlandıran suallara cavab vermişdir.

Mərkəzin rəhbəri Əhməd Sami Elaydi tələbələrin arzusuna əsasən mərkəzdə tələbələr üçün ödənişsiz olaraq intensiv ərəb dili danışıq kursunun təşkil ediləcəyinə söz verib. Görüşün sonunda tələbələrə kitablar təqdim edilib və xatirə şəkilləri çəkilib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bookmark and Share