Tələbə Həmkarlar İttifaqı Komitəsi I kurs tələbələri ilə görüş keçirib
25/09/2018Bakı Dövlət Universitetində Şərqşünaslıq, Sosial elmlər və Psixologiya, Kitabxanaçılıq-informasiya fakültələrinin tələbələri ilə Tələbə Həmkarlar İttifaqı Komitəsinin görüşü keçirilib. Görüşdə THİK-in sədri Daşqın Qənbərov çıxış edərək bu il Bakı Dövlət Universitetinə qəbul olan tələbələri təbrik edərək tədbiri açıq elan edib.
Görüşdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Mirzə Cəfərzadə çıxış edərək yeni qəbul olan tələbələri təbrik edib vəTHİK-in əhəmiyyətindən bəhs edib.
Görüşdə həmçinin İdman Klubunun rəhbəri Akif Atakişiyev çıxış edərək İdman klubundan və idmanın sağlamlığa faydasından danışıb. Daha sonra özfəaliyyət dərnəyinin rəqs, musiqi və xor bölmələri üzrə müəllimləri çıxış edərək tələbələri dərnəyə dəvət ediblər.
Görüşdə Kitabxanaçılıq-informasiya fakültəsinin THT sədri Məlikov Qüdsi, Sosial elmlər və Psixologiya fakültəsinin THT sədri Turqay Qasımov, Şərqşünaslıq fakültsənin THT sədri İbrahim Babayev çıxış edərək fakültələri haqqında məlumat verib, THİK haqqında fikirlərini bölüşüblər.
Tədbir tələbləri maraqlandıran suallarının cavablandırılması ilə başa çatıb.
