Tələbə Gənclər Təşkilatının Şərqşünaslıq fakültəsinin I kurs tələbələri ilə görüşü baş tutmuşdur
21/11/201617 noyabr 2016-cı il tarixində Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı 1-ci kurslarla keçirdiyi növbəti görüşünü uğurla başa vurmuşdur.
Görüş Mexanika-riyaziyyat, Sosial elmlər və psixologiya, Geologiya və Şərqşünaslıq fakültələrinin tələbələri ilə keçirilib. Tədbiri açıq elan edən BDU Tələbə Gənclər Təşkilatının sədri İsmayıl Kərimov tələbələrə TGT-nin yaranma tarixi, fəaliyyət sahəsi haqqında ətraflı məlumat verib. Daha sonra həm təhsil, həm də ictimai sahələrdə TGT-nin mühüm rolundan bəhs edib. Görüş tədbir iştirakçılarının böyük marağına səbəb olub. Tədbirdə Şərqşünaslıq fakültəsi TGT-nin sədri Cavanşir Yaşarlı da çıxış etmişdir.
